in ,

15 dəqiqəyə dadlı və mükəmməl piroq resepti

Tərkibi

  • Peçenye – 300 qr
  • Qatılaşdırılmış süd – 2/3 stəkan
  • Kərə yağı – 100 qr
  • Kakao – 3 çay qaşığı
  • Qoz (və ya kokos) bəzək üçün

 

 

“Kartof” piroqu tez hazırlanan, əl çatan və çox dadlı olduğu üçün, mükəmməl şirniyyat növü sayılır. Təkrar emaldan hazırlanmasına baxmayaraq, bu pirojnalar çoxlu sayda pərəstişkar qazanmağı bacardı. Bu şirniyyat növünün bir çox resepti var, amma biz bunlardan ən sadə variantını sizlərə təqdim edirik.

  • 1.Peçenyaları xırdalayın və ovun (əlinizlə və ya blender vasitəsi ilə)  
  • 2.Böyük bir qabda, qatılaşdırılmış südü , yağı və 1,5 qaşıq kakaonu qarışdırın.
  • 3.Şokolad pastası halına düşənə kimi qarışdırın.
  • 4. Ovulmuş peçenyaları şokolad  kütləsinə tökün və hərtərəfli qarışdırın.

 

  • 5.Birinci qaşıq ilə əlinizə bir qədər qarışıq kütləni götürün və onu yumru formaya salın.   
  • 6.Alınmış qarışığı 7-8 yerə bölərək formaya salın.
  • 7.Üstünə kakao qoz və ya kokos qırıntıları tökün və 10 dəq dondurucuda saxlayın. Dadlı ‘kartof” pirojnası hazırdır!

Müəllif: Saliha Mahmudova

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Qadın seksuallığının yaşı. Qadınlar öz seksual həyatlarından nə gözləyirlər?

Göz rənglərinə uyğun makyaj. Tonlardan istıfadə edərkən, diqqətli olun