in ,

UŞAQLARINIZI CİNSİ İSTİSMARDAN BELƏ QORUYUN – PSİXOLOQDAN VALİDEYNLƏRƏ TƏLİMAT

Bütün dünyada uşaqlara qarşı cinsi istismar halları baş verir. Bəs bu vəziyyətdə ailələr nə etməlidir? Uşaqları cinsi istismardan necə qoruya bilərik?

Mövzu ilə bağlı danışan psixoloq Vəfa Rəşidova deyir ki, son illər uşaqlara qarşı cinsi istismar halları çox yayılıb: “Bu da əlbəttə ki, son illərin psixoloji problemlərinə aid bir məsələdir. Hazırda nevroz, depressiya, intihara meyl kimi hallar necə yaranıbsa, cinsi istismar da eyni şəkildə yayğınlaşıb. Və bu, təkcə psixoloji problem deyil. Əgər bir insan kimisə cinsi istismara məruz qoyursa, bir uşağa qarşı belə bir addım atırsa, artıq həmin insan yatılı müalicə almalıdır. Bunlar, bu günün, dünənin psixoloji problemini yaşayan insanlar deyillər. Bunlar, illər boyu bunu gizli şəkildə edən insanlar da ola bilirlər. Məsələn, cinsi istismar edən şəxsin hərəkəti bu gün bilinibsə, bu, o demək deyil ki, bunu birinci dəfədir edir. Bəlkə də bir neçə uşağa, ailəyə bu kimi zərbələr vurub”.

Bu cür hallar yalnız küçədə olmur

“Amma uşaqlarımızı yalnız yaşlı insanlardan qoruyaq fikrinə fokuslanmaq da yanlışdır, çünki bu, hər yaşda ola bilər. Ən önəmli məqam odur ki, bu, qonşu da ola bilər, xalaoğlu, xalanın yoldaşı, əmi oğlu, bibinin yoldaşı da. Yəni heç uzağa getmək lazım deyil. Çünki bu cür hallar tək küçədə olmur. Valideynlər bu məqamda çox diqqətli olmalıdırlar. Bəzən kiməsə həddindən artıq güvənib, uşağı onun yanına qoyurlar. Burada önəmli məqam kimin yanında qoymaqları yox, həmin adamın əsəblərinin necə olması ilə bağlıdır. Əmin olduqdan sonra güvənib qoymaq olar”, – deyə psixoloq qeyd edib.

Onun sözlərinə görə, bir adama güvənib, “bu, qohumdur”, – deyib uşağı ona etibar etmək olmaz: “Çox vaxt atalar, analar güvənirlər, çox yaxınımızdır deyirlər. Məgər çox yaxınımızın psixoloji problemi ola bilməz? Əlbəttə, olar. Ona görə də uşaqları saatlarla kiminsə yanında qoymaq düzgün deyil. Bunu ona görə xüsusi vurğulayıram ki, əksər insanlar uşaqlarını bayırdakı insanlardan qoruyurlar, yaxınlarındakı insanlara isə güvənirlər. Bu, belə olmamalıdır”.

 

Uşaq bir neçə dəfə cinsi istismara məruz qalırsa…

Psixoloqun sözlərinə görə, əgər uşaqlar bir neçə dəfə cinsi istismara məruz qalırsa, artıq buna öyrəşirlər və belə hallar onlar üçün adiləşir: “Bu kimi hallarda uşaqlar başqa cür davranışlar sərgiləyir və valideynlər başa düşmür nə olub. Şəxsən mənim psixoloji araşdırmalarımda şəxsin uşaqlıq illərinə endikdə görürəm ki, həmin uşaq cinsi istismara məruz qalıb, amma gizlin. Bax, bu da önəmlidir”.

 

Uşaqlara məhrəm yerləri barədə məlumat verin

Bəs bu kimi hallardan uşaqları qorumaq üçün onları necə başa salmaq lazımdır? Hansı yaşdan uşaqlara cinsi bilgiləri vermək olar? Psixoloq deyir ki, uşaqlara cinsi bilgilər 5 yaşdan etibarən verilməlidir: “5-6 yaşından etibarən uşaqlara başa salmaq lazımdır ki, kimsə sənə yaxınlaşırsa, diqqətli ol, məhlədəki uşaqlara qoşulub kiminsə evinə getmə. Çox zaman belə hallar yaşanır ki, uşaqlar məhlədə, həyətdə oynayarkən bir-birlərinə qoşulub, gəl bizə gedək deyirlər. Uşağa başa salmaq lazımdır ki, bu cür hallarda da heç kimə güvənib getməsin. Bina evlərində blokun içində oynamasınlar, orada da hər cür insan ola bilər. Valideyn uşağa izah etməlidir ki, məhrəm yerlərini qorumalısan. Kimsə sənin bu məhrəm yerlərinə toxunmamalıdır. Uşağa bədənin hansı yerlərinin məhrəm olduğunu başa salmaq lazımdır. Bəzən biz valideynlərə deyəndə bunları izah edin, deyirlər, yox, ayıbdır. Bu, doğru yanaşma deyil”.

 

Valideynlər uşağa güvən verməlidir”

V.Rəşidovanın sözlərinə görə, bu bilgilər o qədər incə şəkildə izah olunmalıdır ki, uşaqlarda insanlara qarşı nifrət oyanmasın: “Uşaq sadəcə özünü müdafiə, qorunmaq üçün bu şeyləri anlamalıdır və bu, ayıb deyil. Bir məqama da toxunum. Məktəbə getməzdən əvvəl valideyn uşağa müəyyən etik qaydaları öyrətməlidir. Məsələn, tualetdə çox adam olduqda sən girmə. Tualetə girdikdə mütləq qapını bağla. Biz uşaqlarımızı elə formalaşdırmalıyıq ki, onlar qorxmadan gəlib hər şeyi bizə danışsınlar. Əksər hallarda uşaqlar qorxaraq, bu barədə gəlib danışmırlar. Düşünürlər ki, deyərəm valideynlərim məni günahkar bilər, döyər. Amma valideynlər uşağa güvən verərək, bu qorxunu aradan qaldırmalıdırlar”.

Ailem.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Dünya xalqlarının qəribə elçilik adətləri

İdeal arıqlamaq üçün pəhriz: “Qreçka” ilə arıqlamağın sirləri