in , ,

Uşağınız xəstələnərsə, ev şəraitində ilkin yardım necə edilməli?

Mother taking care of her ill daughter
Valideynləri narahat edən əsas səbəblərdən biri uşaqlarının xəstələnməsidir. Bəs bu zaman nə etməli?
Pomada.az türk pediatr Yunus Yılmazın tövsiyələrini təqdim edir. Həkimin sözlərinə görə, uşağın qızdırması 38 dərəcədən yuxarı qalxmadıqca qızdırma salan dərmanlardan istifadə etmək yanlışdır: “Belə vəziyyət daha çox 1-3 yaşlı uşaqlarda müşahidə edilir. Buna səbəb isə onlarda immunitet sisteminin hələ də tam formalaşmamasıdır. İlk olaraq xəstəliyin səbəbi aşkar edilməlidir. Bu hal 3 aylıq uşaqlarda müşahidə edildiyi zaman azyaşlı mütləq şəkildə həkim nəzarəti altında olmalıdır”.

Pediatr, qızdırmanın bədəndə maye itkisinə səbəb olduğunu bildirib.

Bəs ev şəraitində nə edə bilərik?
“Bu zaman uşağın paltarları nazikləşdirilməlidir. Bol maye verilməlidir. Alınan maye susuzlaşmanın qarşısını almaq üçün vacibdir. Bundan başqa, tez-tez ilıq su ilə kompreslər edilməli, yüksək qızdırma zamanı isə dərmanlardan istifadə edilməlidir. Ancaq antibiotiklər vücuda zərərli olduğu üçün yanlız həkim tövsiyəsindən sonra verilə bilər. Sirkəli su ilə ovalamaq qəti şəkildə olmaz”,-deyə uşaq həkimi vurğulayıb.
Aşağıda göstərilən məsləhətlər də sizə faydalı olacaq:
• Havanı nəmləndirin. Körpənin otağında nəmləndirici bir cihaz saxlaya bilərsiniz. Burun axıntısı və burun tıxanıqlığının yaxşılaşmasına kömək olacaq.
Soyuqdəyməyə səbəb olan viruslar ümumiyyətlə öskürərkən və ya havaya doğru asqırarkən yayılar. Ən yaxşı müdafiə etmə, havaya öksürməmək və asqırmamaq, sabun və bol su istifadə etməkdir.
• Evdəkilərə öskürərkən və ya asqırarkən bir dəsmaldan istifadə etməyin vacibliyini söyləyin.
Müəllif: Şəhanə Quliyeva

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Mədə ağrılarının səbəbləri və tövsiyələr

“İstəyirəm ki, boynum Jolienin boynu kimi olsun “ Amerikada yeni qeyri-adi dəri dartılma növünü icad ediblər.