in , ,

Mədə ağrılarının səbəbləri və tövsiyələr

Mədə problemləri çox vaxt ötəri səbəblərdən olsa da, bəzən ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər.

Mədə ağrısı hər kəsin başına gələ biləcək sağlamlıq problemlərindən biridir. Əgər xroniki xəstəliyiniz yoxdursa, qidaları çeynəmədən udmaq, ağır qidalanmaq mədə yanmasını yaradan səbəbdir. Bu problem yanlış paltar seçimi səbəbilə də üzə çıxa bilər. Belə ki, mədənizi sıxan dar paltarlardan uzaq durmaq daha məsləhətlidir.

Bəs mədə yanmasının səbəbləri nədir?

Tabloid.az mədə ağrılarının səbəblərini bu cür sıralayıb:

Qastroözofaqeal refleks xəstəliyi mənşəli mədə ağrısı:
Mədədəki yemək və turşular qida borusuna gedir. Bu da xəstənin üst mədəsində və ya sinənin alt hissəsində mədə qıcqırması şəklində ağrılara səbəb olur. Çox yemək və ya səhv qidalanmaq (məsələn, çox yağlı) bu narahatlığı artıra bilər. Soğan, sarımsaq, pomidor, ədviyyatlı qidalar, qazlı içkilər, şokolad – mədə problemi olan şəxslərə bunlardan az istifadə etmək tövsiyə olunur. Arıqlamaq, antiturşular və ya bəzi dərman müalicələri ağrıları xeyli dərəcədə azaldır.

Laktoza həssaslığı:
Laktoza süd və süd məhsullarında olan bir şəkər növüdür. Narahatlıq bu şəkərin həzm olunmaması ilə ortaya çıxır. Dünyada milyonlarla insanda görülən xəstəlikdir. Xəstələrdə süd və süd məhsulları istehlakı sonrası qarın ağrısı, qaz, mədə pozğunluğu, gəyirmə və ishal görülə bilər. Süd və süd məhsullarının istehlakından uzaq dayanmaq bu xəstələr üçün problemi azaldan həll yoludur.

Stress:
Stress və yuxusuzluq, birbaşa mədəyə mənfi təsir göstərən zərərli vərdişdir. Bunlar baş ağrısı və təzyiqə səbəb olduğu kimi mədə ağrılarına da səbəb olur. Çəki itkisi və iştahsızlıq, əsəbilik və stresdən yaranaraq, qarın ağrılarının digər nəticəsidir.

Bəzi dərmanların mənfi təsiri:
Heç bir dərman mənfi təsirsiz ötüşmür. Bu mənfi təsirlər arasında qarın və mədə ağrıları da var. Hər birimizin istifadə etdiyi ağrıkəsici dərmanlar birbaşa mədə divarlarını dağıdır, xüsusilə də ağız yolu ilə qəbul edildikdə. Mədə problemi olan şəxslər hər hansı ağrıkəsiciyə müraciət etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər. Bundan əlavə, aspirin, sümük çatlamasının (osteoporoz) qarşısını alan, sümük möhkəmliyini qorumağa köməkçi olan dərmanlar da yemək borusunun alt hissəsində şişkinlik və ağrıya səbəb olur. Mədə divarında ağrıya səbəb ola biləcək bu dərmanları uzun müddətli istifadə etmək mədə yarasına da səbəb olur.

Qluten həssaslığı:
Bəzi insanların orqanizmi buğda, arpa, çovdar və tərkibində zülal olan qlutenə reaksiya göstərir. Bu narahatlığa qluten intoleransı deyilir. Bu xəstələrdə qluten nazik bağırsaq yaralarına yol açır. Bu zaman qidalar nazik bağırsaqda sorula bilmir. Xəstələr buğda, arpa və ya çovdar yeyəndə onlarda qarın ağrısı, qaz, şişkinlik və yorğunluq əlamətləri müşahidə olunur. Nazik bağırsağın qidaları sormada uğursuz olması, xroniki ishal, çəki itkisinə səbəb ola bilər.

Tiroid problemləri mənşəli mədə ağrısı:
Tiroid vəzi boyunda yerləşsə də, onunla bağlı narahatlıqlar bədənin qarın bölgəsində də ağrılara səbəb ola bilər. Tiroid vəzinin orqanizmdə nizamladığı sistemdən biri də həzm sistemidir. Əgər tiroid vəzi lazım olandan artıq hormon ifraz edərsə, bu, həzm sistemini sürətləndirən narahatlığa yol aça bilər. Qarın ağrısı və ishal bu narahatlığın simptomlarıdır. Əgər tiroid vəzi normal qaydada funksiyasını yerinə yetirməzsə, bu, hipotiroitizm deyilən başqa narahatlığa səbəb olur. Həzm sistemi yavaşıyır, qəbizlik və qaz mənşəli ağrılar ortaya çıxa bilər.

Parazit:
Mədə ağrısının əlamətlərini parazitlərlə əlaqələndirən azdır, ancaq parazitlər də mədə ağrılarına səbəb ola bilər. Bu narahatlıqlara səbəb olan bakteriyalar çox müxtəlif olsa da, ən çox görülənlər: Giardiaand Cryptosporidium, Helicobacter Pylorydir. Çirkli suları içmə, fast foodlar, az bişmiş və ya təmiz yuyulmamış qidalar, natəmiz hovuz və ya göllərdə üzmək bu bakteriyalara yoluxmağa səbəb ola bilər. İshal və mədə, ürək bulanması parazit mənşəli xəstəliklərin simptomlarıdır. Apendisit: Apendisitin iltihablanması nəticəsində yaranan və ağrlı qarın ağrısı ilə özünü müəyyən büruzə verən xəstəlikdir. Ağrı göbək dəliyi bölgəsində başlayır, ancaq daha sonra qarının sağ alt hissəsinə doğru yayılır. Yüngül qızdırma və titrəmə xəstəliyin digər əlamətləridir. Apendisit əməliyyat olunmadığı təqdirdə, hətta ölümlə nəticələnə bilər.

Xora:
Mədə və ya incə bağırsağın üst hissəsində yerləşən qoruyucu divarda yaranan zədə və ya oyuq xora əmələ gəlməsinə səbəb olur. Nazik bağırsaq yarasına mədə xorasına görə daha çox rast gəlinir. Bu zaman orta və üst qarında yemək sonrası ağrılar müşahidə edilir. Həddindən artıq şəkərsiz saqqız çeynəmək: Əgər şəkərsiz saqqız olan sorbitol adlı maddə çox qəbul etsəniz, bu da qarın ağrısına və ishala səbəb ola bilər. Sorbital qəbul etməyinizə səbəb olan şəkərsiz saqqızı və ya buna bağlı ərzaqları kəssəniz, əlamətlər də aradan qalxacaq.

Bağırsaq iltihabı:
Nazik və ya yoğun bağırsağın daxili hissəsində iltihablanma yara və tıxanmalara səbəb ola bilər. Bağırsaq iltihablanması diqqətlə müayinə edilməlidir. Çünki irəliləyən yaşlarda bağırsaq xərçənginə səbəb ola bilər.

Xərçəng:
Çox geniş olmamasına baxmayaraq, qarın bölgəsində yer alan hər hansı bir orqanda (mədəaltı vəzi, mədə, öd kisəsi, yumurtalıq) görülən xərçəng bir müddət sonra mədə ağrısına səbəb ola bilər. Ürəkbulanma, iştahanın azalması, çəki itkisi, bağırsaq hərəkətlərində görünən dəyişiklik digər əlamətləri arasındadır.

Növbəti məqalələrdə həzm sistemini yaxşılaşdırmaq və mədə-bağırsaq yaralarının yaranmasının qarşısını almaq üçün reseptlər və həkim məsləhətlərini təqdim edəcəyik.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Dünyanın ən bacarıqlı iş qadınları karyerada uğur qazanmağın sirlərini açıqlayıb.

Uşağınız xəstələnərsə, ev şəraitində ilkin yardım necə edilməli?