in , ,

İdeal arıqlamaq üçün pəhriz: “Qreçka” ilə arıqlamağın sirləri

Qarabaşaq dietası dünyanın ən məşhur və faydalı dietalarından sayılır. Rahat və əlçatan olması arıqlamaq arzusunda olanları özünə cəlb edir. Karbohidratların zənginliyi aclıq hissini yox etməyə imkan verir.

Qarabaşaq dietasının faydaları.

Çəki itirmək istəyənləri cəlb edən ilk amil, qarabaşaq dietası zamanı aclıq hissinin yaranmamasıdır. Bu da qarabaşağın çoxlu sayda mikroelement zənginliyi ilə əlaqədardır. Bu paxla bitkisi dırnaqları gücləndirməyə, dərinin və saçın görünüşünü yaxşılaşdırmağa və selülitin azalmasına güclü kömək edir.Qarabaşaq püresi qan damarlarının divarlarını gücləndirir Bundan əlavə, dieta zamanı zəiflik və yorğunluq hiss etmirsiniz.

Qarabaşaq dietasına başlamaq üçün qaydalar.  

Bir qarabaşaq dietasına başlamağa qərar versəniz, məqsədləriniz və sağlamlığınız üçün ən uyğun olan qidalanma seçimini etmiş olarsınız.

Dieta zamanı duzdan və şəkərdən tamamilə kənar olacağınızdan, xoşagəlməz nəticələr yarana bilər. Bu səbəbdən şirin bir şey yemək kimi qarşısıalınmaz bir istək ortaya çıxa bilər. Normal beyin funksiyasını qorumaq üçün, bir stəkan suda  bir çay qaşığı balı həll edib içmək olar.

Kefir ilə qarabaşaq diyeti

Gecə, bir stəkan qarabaşağı qaynar su ilə doldurun. Səhərə hazır olsun.
– Siz duz, sous və ədviyyatlar əlavə edə bilməzsiniz.
– Gündə bir litr kefirdən çox içə bilərsiniz.
– Sərhədsiz miqdarda su içə bilərsiniz.
– Şəkərsiz çay və qəhvə icazə verilir, lakin az miqdarda.

Son yemək yatmazdan 3-4 saat əvvəl olmalıdır. Çox güclü aclıq yaşasanız, 1:1 nisbətində su ilə qarışdırılmış kefir içmək olar.

Bu pəhrizin bir inqredientdən ibarət olması sizi narahat edirsə , gündə bir dəfə meyvə və tərəvəzin bir hissəsini dietaya daxil edə bilərsiniz.

Qarabaşaq və kefir dietası yeddi gün davam edir və bu müddətdə multivitamin qəbul etməyiniz tövsiyyə olunur. Pəhrizi bir aydan daha erkən təkrarlamaq məsləhət görulmür.

Qarabaşaq dietasının menyusu
   Gündəlik norma 2 stəkan qarabaşaqdır. Qarabaşaq duz, şəkər və ya yağ əlavə etmədən bişirilməlidir.
Yuxudan durduqdan sonra pəhriz zamanı iki dilim limon və bir çay qaşığı bal əlavə edərək bir stəkan isti su içməlisiniz. Ancaq yarım saat sonra səhər yeməyi yeyə bilərsiniz. Təbii ki, duz və şəkər əlavə etmədən. Nahar və axşam yeməyi üçün qalan qarabaşaq püresini bölürük. Yemək arasında suyu, bitki çaylarını, natural şirələri içmək olar. Dieta əsnasında güclü aclıq hiss etməyəcəksiniz, amma pəhrizin monotonluğundan bezə bilərsiz. Nəticədə bir həftəyə 7-8 kiloqramla vidalaşa bilərsiniz.

Qarabaşaq dietasının əks göstərişləri.

Qarabaşağın faydalı xüsusiyyətlərinə baxmayaraq, qarabaşaqa əsaslanan monodietlərə mədə-bağırsaq traktının (qastrit) və onikibarmaq bağırsaq, diabet və hipertenziya xəstəliklərindən əziyyət çəkənlər müraciət etməməlidirlər. Hamilə və laktasiya dövrundə analara hər hansı bir dieta, qarabaşaq dietası da daxil olmaqla əks göstərişlidir.

Vücudunuzla diqqətli olun, əgər bir pəhrizə davam etmək sizə zərər verirsə, ondan imtina etməlisiniz, vücudunuza işgəncə verməməlisiniz. Çətin monodietlər sağlamlığınızı poza bilər, buna görə arıqlamaqdan öncə həkimlə məsləhətləşməlisiniz.

Qarabaşaq dietasından sonra  

Beləliklə, pəhriz sona çatmasından sonra yenidən çəki atmaması üçün qaydalara riayət edin.

Dieta mədə ölçüsünü azaltmağa kömək edir, buna görə də qarabaşaq dietasından çıxdığınız zaman onu uzatmağa çalışmayın..

Pəhrizin sonunda yağlı, şirin və duzlu qidaları məhdudlaşdırmalısınız. Pəhrizdə alınan nəticəni saxlamaq üçün sağlam qidalanmaya keçmək məsləhətlidir. Bu, davamlı müvəffəqiyyəti təmin edir.

 

Müəllif: Saliha Mahmudova

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

UŞAQLARINIZI CİNSİ İSTİSMARDAN BELƏ QORUYUN – PSİXOLOQDAN VALİDEYNLƏRƏ TƏLİMAT

Dırnaq boyası paltarınıza düşərsə…Təmizləməyin üsulları