in , , ,

Dırnaq boyası paltarınıza düşərsə…Təmizləməyin üsulları

Xanımlara ən çətin ləkələrdən hesab edilən dırnaq boyasının paltardan necə çıxarılacağı barədə tövsiyələri təqdim edirik.

Dırnaq boyası, qadınların unudulmaz bəzək vasitələri sırasındadır. Ancaq istifadə zamanı dırnaq boyalarının tökülməsi yəqin ki, bir çox qadınların başına gəlib.

Bu izləri çıxarmağın bir neçə üsulu mövcuddur. Parçaya tökülən dırnaq boyasına dərhal müdaxilə edilməlidir. Əks halda çıxarmaq daha çətin olar. Nə qədər erkən müdaxilə edilərsə bir o qədər də nəticə effektli olacaq.

İzlərin olduğu nahiyyəni ovxalamayın. Yoxsa bu, izlərin daha dərinə getməsinə səbəb olacaq.

Yun parçaların isti suda yuyulması tövsiyə edilmir. Bu səbəbdən bu növ parçalara tökülən dırnaq boyasını yumazdan öncə ən aza endirmək vacibdir. Saç spreyi bu zaman effektli olacaq.  Bunun üçün saç spreyini ləkəyə tətbiq edin və fırça vasitəsi ilə təmizləyin.

Bundan əlavə belə qəzalar zamanı sirkədən də istifadə olunur. Bunun üçün pambığa sirkəni töküb həmin nahiyyəni ovxalayın. 1-2 saat gözləyin. Daha sonra sabunla yuyun.

Bəs bəyaz parçalara düşən ləkəni necə təmizləməli?

Bunun üçün ağardıcı təmizlik məhsulundan istifadə edə bilərsiniz. Ağardıcını ləkənin üzərinə tökün və bir az gözlədin. Daha sonra yuyun.

Daha bir üsul isə diş məcunudur. Bunun üçün ləkənin üzərinə çəkin və fırça ilə ovalayın.
Ləkələr yox olana qədər ovalayın.

Yeni Dizayn !

Ləkəni heç bir vasitə ilə apara bilmədiyiniz halda, ən yaxşı yol paltarınızı yenidən yaratmaqdır. Akril və ya muncuqla işlənmiş yeni dizayn, sizi çox dəbli göstərəcək.Bir neçə misal təqdim edirik.

Müəllif: Şəhanə Quliyeva

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

İdeal arıqlamaq üçün pəhriz: “Qreçka” ilə arıqlamağın sirləri

Dünyanın ən bacarıqlı iş qadınları karyerada uğur qazanmağın sirlərini açıqlayıb.