in , ,

Hamilə qalmaq istəyənlər, bu qaydalara ƏMƏL EDİN!

Ayın hansı dövründə hamilə qalmaq şansı daha yüksəkdir?

28 gündən bir menstruasiya olan bir qadında yumurtlama günü aybaşının 14-cü günüdür. Hamilə qalmaq şansının ən yüksək olduğu dövr yumurtlamaya ən yaxın 3-4 günlük dövrdür. Yəni menstruasiya başladıqdan sonrakı 10-14 gün arasındakı dövr hamiləliyin ən yüksək şansı olduğu dövrdür. Bu dövrdə daha çox cinsi yaxınlıq etmək məsləhət görülür. 30 gündən bir menstruasiya olan qadınlarda yumurtlama aybaşının 16-cı gününə, 26 gündən bir aybaşı olan qadınlarda isə 12-ci gününə düşür.

Hamilə qalmağı asanlaşdırmaq üçün hansı sıxlıqda cinsi yaxınlıq lazımdır?

Müntəzəm olaraq həftədə 2 dəfə cinsi əlaqəyə girmək məsləhət görülür. 3-4 dəfə cinsi yaxınlıq edən cütlüklərdə hamilə qalmaq şansı daha yüksəkdir.

Asan hamilə qalmaq üçün qadının öhdəsinə nələr düşür?

Hamilə qalmaq istəyən qadının nizamlı həyat yaşaması, normal yuxu yatması, siqaret və spirtli içki kimi pis vərdişləri varsa, onlardan uzaq durması lazımdır. Xroniki xəstəliyi varsa, müalicə almalıdır.

Hansı yaşlarda daha asan hamilə qalmaq olar?

20-30 yaş arası qadınlarda hamilə qalmaq şansı daha yüksək olur. 35 yaşdan sonra da hamilə qalmaq olur, ancaq yumurtanın inkişaf müddəti zəifləyir, 40 yaşdan sonra azalır.

Hamiləliyi asanlaşdıracaq qidalar varmı?

Hamiləlikdən əvvəl və sonra yeyilməsi məsləhət görülən qidalar var. Folik asit, sink, dəmirlə zəngin olan qidalar, süd və süd məhsullları, omeqa 3-lə zəngin olan qoz, balıq əti, qırmızı ət, paxlalılar və yaşıl yarpaqlı tərvəzlər yeyin.

Hamilə qalmağı asanlaşdıran dərmanlar varmı?

Bütün edilənlərə rəğmən uşağa qalmırsınızsa, həkim məsləhətiylə bəzi dərmanlar qəbul edin. Bunlar yumurtaları canlandırmaq üçün nəzərdə tutulan dərmanlardır.

Hansı xəstəliklər hamilə qalmağı çətinləşdirir?

Polikistoz sindromu, yumurtlamaq problemi, prolaktin hormonunun artmasıyla əlaqəli yaşanan hiperprolaktin və endometrios, xroniki böyrək xəstəliyi, ürək damar xəstəliyi hamilə qalmaq şansına mənfi təsir göstərir.

ailem.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Abortdan sonrakı hamiləlik haqda BİLMƏDİKLƏRİMİZ

Evdə hazırlaya biləcəyiniz ləzzətli piroqlar