in ,

Evdə hazırlaya biləcəyiniz ləzzətli piroqlar

Tərkibi:

Biskvit üçün:

6 ədəd yumurta

1 st şəkər tozu

1 st un

qabartma tozu

vanil
Krem:

250 qr yağ

1 ədəd qatlaşdırılmış süd

Qlazur:

6 x.q. şəkər tozu

2 x.q. süd

4 x.q. kakao

100 qr kərə yağı

Üzəri üçün:

Çiyələk

Hazırlanması:

Əvvəlcə biskvit üçün olan ərzaqları qarışdırıb, biskvit bişiririk. Soyuduqdan sonra kremləyib, üzərinə qlazur tökürük. Sonda tortun üzərini çiyələk ilə zövqə görə bəzəyirik.

Portağallı dietik piroq

Tərkibi:

5 paçka 5%-li kəsmik (900 qram)

1 ¼ su stəkanı süd

1 portağal

5 xörək qaşığı bal

7 ədəd yumurta

Hazırlanması:

Portağalın qabığını sürtgəcdən keçirin. İki qab götürün və yumurtanın ağını sarısından ayırın. Yumurtanın sarısına bal, kəsmik və portağal qabığını əlavə edib mikserlə çalın. Yumurtanın ağını köpənəcən çalın və sarısı ilə asta-asta qarışdırın. 26 sm ölçülü dairə formasında soba qabına qida kağızı qoyub yağlayın və alınmış kütləni ora əlavə edin. əvvəlcədən qızdırılmış sobada 40-50 dəqiqə bişirin. Soyuduqdan sonra bir az da soyuducuda saxlayıb servis edə bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Hamilə qalmaq istəyənlər, bu qaydalara ƏMƏL EDİN!

Sılanı döydüyü deyilən Ahmet ilk dəfə danışdı: “Sadəcə qolundan tutmuşam”