in ,

Uşaq yalan danışırsa nə etməli?

Yalan danışmaq, yanıltmaq və ya xətanı gizlətmək məqsədi ilə söylənən və həqiqətə uyğun olmayan bir davranışdır. Bu davranış sözlə olduğu kimi jest, mimika və ya səssiz qalma şəklində də ola bilər. Bu hal yəni yalan danışan uşaqlarda da görülə bilir. Doğru davranış seçilmədiyində bu vərdiş halını ala bilir. Valideyn yalan danışan uşağına ya həddən artıq reaksiya verir (Əsəbləşir,şiddət göstərir,qışqırır) ya da tamamilə reaksiyasız qalır. Uşaqlar 6 yaşa qədər yanlışla doğrunu ayırt edə biləcək dərrakədə olmurlar. 6 yaşdan əvvəl xəyal dünyalarının genişliyi və muhakimə yetənəklərinin olmamış olması səbəbiylə uşaqlarda yalan görülə bilər. Belə olan halda uşaq yalanı ilə üzləşdirilməməli və narahat edilməməlidir. Altı yaşdan əvvəlki yalanlar aşkar edilib uşaq tənqid olunarsa, inkişaf etməkdə olan özgüvəni zədələmiş olar. Bu yaşda uşaq yalan danışanda “Yalan danışma“ yerinə məncə “Düz xatırlamırsan” deyib doğru olanı xatırlatmaq və söhbətin üstündə durmamaq lazımdır. Yalan danışmağın səbəbləri çoxdur və yaş dövrünə görə də motivləri dəyişir. Əgər 6 yaş sonrası uşaqlarınız çox yalan danışırsa, düz getməyən bir şeylər var deməkdir. Altda yatan səbəbləri araşdırıb tapmaq aradan qaldırmaq lazımdır.Əgər yalan danışma halı təkrarlanarsa, mütləq bir mütəxəssisə müraciət etməlisiniz. “Uşağınız yalan danışırsa ya sizdən qorxur ya da sizin etdiyinizi edir”. B A.S.Neil.

psixoloq.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Bu bitki buzları ilə 3 günə gözətrafı ləkələrə və şişkinliyə son!

Bu qadınların övladları daha AĞILLI OLUR – Elmi ARAŞDIRMA