in ,

Atadan övlada ötürülən genetik faktorlar BUNLARDIR

Genetika çox qəribə və maraqlı anlayışdır. Anadan övladına bir çox zahiri və daxili cəhət keçsə də, adətən atadan körpəyə daha çox genetik özəllik ötürülür.
Atadan övlada ötürülən genetik özəlliklərin bir neçəsini təqdim edirik:
Üzün simmetriyası körpəyə atadan keçir. Əgər ərinizin qalın çənəsi, assimetrik qaşları və burnunda əyriliyi varsa, bilin ki, körpəniz həmin özəllikllərlə doğula bilər. Həmçinin normadan böyük qulaqlar da bu siyahıya aiddir.
Batıq yanaqlar üz əzələsi ilə bağlı olan özəllikdir və dominantlıq təşkil edir. Əgər atanın yanağı batırsa, övladınız da bu xüsusiyyəti təkrarlayacaq.
Dişlərin keyfiyyəti qədər forması da genetik xüsusiyyət daşıyır. Əgər atanın nə vaxtsa ağız boşluğunda problemi olubsa, körpənizin eyni problemi yaşama ehtimalı artır.
Maraqlısı budur ki, saçların quruluşu və qalınlığı da atadan uşağa keçən mirasdır. Belə ki, atanın saçları tökülməyə meyillidirsə, bu hal övladında da təkrarlanacaq. Bura saçın rəngi, buruqluğu kimi cəhətlər də daxildir.
Əl izlərimiz hər birimizdə unikal və fərqlidir. Lakin çox vaxt körpənin əl izləri valideynlərinkinə çox bənzəyir. Xüsusən də ata və oğul arasındakı bu bənzərlik bəzən alimləri heyrətləndirir.
Atanın dodaq quruluşu da körpəsində adətən təkrarlanır. Əgər ərinizin dodaqları həcmlidirsə, böyük ehtimalla körpənizdə bu cəhət təkrarlanacaq.

Publika.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Xərçəng haqqında bilmədiklərimiz; Xәrçәng heç dә “xәstәlik” deyilmiş

Papaq modellərini geyimə necə uyğunlaşdırmalı?