in ,

Gecə düşünməkdən yata bilmirsinizsə, BUNLARI edin

Yatarkən beynimizi məşğul edən fikirlər olur ki, bunlar da bizə rahat yatmağa imkan vermir. Bir çox hallarda belə fikirlərin yaranma səbəbi bizim yerli-yersiz fikirləşməyimizlə əlaqədardır. Bu zaman nə etməli? Bunun müxtəlif səbəbləri mövcuddur. Bu yazıda sizi bu problemdən necə xilas olmaq haqda xəbərdar edəcəyik.

Yataqda qalmayın. Əgər yuxunuz gəlmirsə, vaxt itirib yataqda qalmayın. Bunun səbəbini açıqlayan professor Cormac O’Donovan yuxusuzluğun səbəbini yataq və yataq otağıyla bağlı olduğunu bildirib. Əgər 20-30 dəqiqə içində yuxunuz gəlməsə, özünüzü yataqda qalmağa məcbur etməyin, bunun yerinə qalxın və başqa bir işlə məşğul olun. Normalda insanların yuxu rejimi 8 saat olaraq təyin olunur, amma elə insan var ki, ona 5-7 saat yatmaq kifayət edir.

Kitab oxuyun. Əgər yuxunuz gəlmirsə, kitab oxumaqla buna nail ola bilərsiniz. Bunun üçün mümkün qədər daha zəif təsirə malik kitablar seçməyiniz məsləhətdir. Bundan əlavə çalışın normal kitab oxuyun və elektron kitablardan uzaq durun. Əsasən 20-30 dəqiqə kitab oxumağınız kifayətdir. Əgər bu da fayda vermirsə, digər üsulları sınaqdan keçirin.

Woman resting with cup of hot drink and book near fireplace

Həzin musiqilər dinləyin. Həzin və sözləri olmayan melodik musiqi parçaları daha tez yuxuya getməyinizə yardımçı ola bilər. Bundan əlavə uşaqların sevdiyi bəzi səslər vardır ki, bu da sizə eyni dərəcədə relax olmağa yardımçı ola bilər. Bunlara misal olaraq, yağış səsi, okean dalğalarının səsi, ürək döyüntüsü melodiyasını misal göstərmək olar.

Nəfəsinizi idarə etməyə çalışın. Qəribə səslənsə də bu haqda məlumatı yuxu mütəxəssisi Mişel Breus verib. Tənəffüs sistemini idarə etməklə daha yaxşı yata bilərsiniz. Bunun üçün bir əlinizi sinənizə, digərini qarnınıza qoyun. Təxminən 2 saniyə müddətində burnunuzdan nəfəs alın. Bu zaman qarın nahiyəsi genişlənəcək. Sonra yavaşca nəfəs verincə qarnınızı sakitcə içəri çəkin. Bu hərəkəti təkrar edin.

Daha az kalorili qidalarla qidalanın. Yatmazdan öncə zəif kalorili qidalara üstünlük verməyinizdə fayda var. Belə qidalar həm mədənizi, həm də beyninizi məşğul edəcək qədər sizə əziyyət verməyəcəkdir. Bundan əlavə bəzi qidalar var ki, onları yatmazdan qabaq yemək faydalıdır. Bunlara misal olaraq almanı göstərmək olar. Yatmazdan qabaq qəbul edilən alma daha tez yuxuya getməyinizə şərait yarada bilər. Həmçinin çalışın yatmazdan öncə stəkanın ən azından yarısından su içəsiniz. Belə olduqda həm bədəniniz lazımsız toksinlərdən azad olur, həm də bədəniniz su çatışmamazlılığından əziyyət çəkmir. Yuxusuzluq üçün bir digər yaxşı vasitə yasəmən çayıdır. Zərif ətirli bu çay sizin özünüzü daha rahat hiss etməyinizə və yatmağınıza yardımçı ola bilər.

Əgər yetərincə oyanıqsınızsa, onda özünüzü idmanla məşğul edin. Belə olan halda bədən qida qəbul etmədiyi üçün gecə idmanı daha effektiv olur və yorulduğunuz üçün daha asan yuxuya getmə şansı artır.

Əgər sadalanan vasitələrdən heç biri işinizə yaramırsa, onda yaxşı olar ki, həkimə müraciət edəsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

İllərə görə ulduz falı

İlk görüşdə nə DANIŞMALI, nə haqda DANIŞMAMALI