in ,

Uşağı bu yaşdan sonra dünyaya gətirin! Yeni araşdırma

Koimbra Universiteti (Portuqaliya) alimləri araşdırma zamanı aşkar ediblər ki, 33 yaşından sonra ilk uşağını dünyaya gətirən qadınlar daha cavan yaşlarda uşaq sahibi olan qadınlarla müqayisədə daha çox yaşayırlar.
The Hindistan Times xəbər verir ki, 33 yaşdan sonra uşaq dünyaya gətirən qadınlarda uzunömürlülüklə bağlı olan genetik ünsürlər cavan yaşlarda ana olan qadınlarla müqayisədə 3 dəfə çox olur. Bu yaşda uşaq dünyaya gətirən qadınların uşaqlarının əqli inkişaf səviyyəsi daha erkən yaşda uşaq dünyaya gətirən qadınlarla nisbətdə yüksək olur. Əslində bu heç də təəccüblü deyil, çünki bəzi genetik faktorlar bu mövzuda öz sözünü deyir. Hətta elm də bunu təstiq etməkdədir ki, bir nəsildə formalaşan xüsusiyyətlər digər nəsildə bu və ya digər şəkildə özünü təzahür edir.
Bundan əvvəl Ohayo Universiteti (ABŞ) alimləri tərəfindən aparılmış araşdırma göstərib ki, 30 yaşa yaxın uşaq dünyaya gətirən qadınlar 15-24 yaşlar arası ana olan qadınlarla nisbətdə daha sağlam körpələr dünyaya gətirirlər.

Saglamolun.Az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Uşağa dərs oxutmağın effektli üsulları – VALİDEYNLƏRƏ QIZIL MƏSLƏHƏTLƏR

Nişan üzükləri haqda BİLİNMƏYƏN maraqlı tarixi faktlar