in ,

Tanınmış markaların 2018-2019 payız-qış çanta kolleksiyası

Bu ilin çanta dəbləri ilə maraqlananlara bildirək ki, miniatür çiyin çantaları və böyük ölçülü çantalar ilin əsas trendini təşkil etməkdə iddialıdır. Çantalar sizi tamamlayacaq əsas aksessuarlardan biri olacağı üçün bildirək ki, rəng baxımından müxtəlif çalarlar üstünlük təşkil edəcək. Bundan əlavə müxtəlif geometrik formalı çantalar da bu il dəbdə olacaq. Bunlara misal olaraq yumru klaçlar, üçbucaq çiyin çantaları və piramida quruluşlu pul kisələrini misal göstərmək olar.

İlin dəbinə diqqət etsəniz, kiçik çantalarda logo və emblemlerin diqqətdən kənar qalmadığını görə bilərsiniz. Bir çox markaların payız-qış fəslində romantik lüks formalar da üstünlük təşkil etməkdədir. Buna misal olaraq Dolce&Gabbana-nın vaz formasındakı çanta modeli gerçək bir antik əşyanı xatırladır. Bundan əlavə Oscar de la Renta-nın çiçəklərlə bəzənmiş çantası ilin dəbindən xəbər verməkdədir.

Bildirdiyimiz kimi bu ilin dəbli çantaları arasında yumru paçtalyon tipli çantalar yer almaqdadır. Belə nouvelle vague formalı çantalar öz sahibəsinə xüsusi şarm bəxş etməklə stilini tamamlamağa icazə verir.

Bu il Balmain və Gucci kimi markalar kolleksiyalarında kiçik düzbucaq formalı çantalara da yer veriblər. Bu çantalar çox kiçik olsa da geyimizi tamamlamaqda sizə yardımçı ola bilər.

Hermes, Versace və Marni kimi markalar zincir asqılı çantaları yenidən dəbə qaytarıblar. Əslində zincir asqı çantanı xüsusi göstərməklə yanaşı sahibəsinə iddialı görüntü bəxş edir.

Tom Ford, Miu Miu və Paco Rabanno markaları 80-ların dəbinə uyğun parıltılı çantaları yenidən öz kolleksiyalarına bu il də daxil ediblər. Əslində bu çantalar bir qədər sadəlikdən uzaq görünsələr də xüsusi ziyafətlərin ən çox rəğbət görən aksessuarları olmağa iddialıdır.

Givenchy, Versace və Lanvin öz yeni kolleksiyalarına kəmər formasında olan çantaları daxil ediblər. Bu çantalar əvvəlki illərdə daha çox səfər edənlərin sevimlisi olsa da hal-hazırda günlük həyatda bir çox insan bu modelə üstünlük verməkdədir.

Bu ilin dəbləri arasında Micheal Korsun kolleksiyasında yer alan iki rəngli çantalar da yer almaqdadır. Belə çantalar bir çox hallarda dəri və fərqli parça modelləri ilə assossasiya təşkil etməkdədir.

Çox məqsədli istifadə üçün nəzərdə tutulan çantalar. Belə çantalar əsasən həm çiyin, həm də kürəyə taxmaq üçün məqsədəuyğundur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Monika Belucci gözəllik sirlərini bölüşdü

Bir çoxlarının sevimli delikatesti DİL haqda BİLMƏDİYİNİZ maraqlı faktlar