in , ,

Aylara görə XARAKTERİNİZİ təyin edirik

Bütün insanlar öz xarakterik xüsusiyyətlərinə görə bir-birindən fərqlənirlər. Bunun bir çox səbəbləri mövcuddur. Doğulduğunuz ayın da bu baxımdan xüsusiyyətinizə təsiri mövcuddur. Oxuyun və öz fikrinizi bildirin.

Yanvar, sentyar
Ünsiyyəti, diqqət mərkəzində olmağı sevirlər. Onu sevəni də sevirlər. Daxili aləmlərinin gözəllikləri xarici gözəllikləri ilə vədhəd təşkil edir. Dostlarına çox böyük önəm veririlər. Cəsarətli və qorxusuzdurlar. Yaralarını tez zamanda bərpa edə bilirlər. Bu aylarda dünyaya gələnlər xəyalpərəst olurlar və emosiyalarına nəzarət etməyi xoşlamırlar.

Fevral
Bu ayda doğulanlar abstrakt düşüncəyə malikdir. Reallıqla yaşayırlar. İntelektual, ağıllı və cazibədardırlar. Fevral ayında dünyaya gələnlər utancaq, sakit olurlar. Belə insanlar düzgünlükləri ilə fərqlənirlər. Asan əsəbləşə bilsələr də, bunu gizlədə bilirlər.
Ətrafındakı insanları güldürmək qabiliyyətinə malikdirlər.

Mart
Cazibədar, seksual, mehriban və sehrlidirlər. Çox danışmağı diqqət mərkəzində olmağı sevirlər. Başqaları üçün riskə gedə bilirlər. Adətən uğurlu seçimlər edirlər. Dəbi izləyirlər. Təndiqlərə dözmədikləri kimi tez-tez qəlb də sındıra bilirlər. Diqqətli mart insanları hər zaman başqalarını düşünürlər.

Aprel,oktyabr
Yumor hissi yüksəkdir. Tərs, mehriban və çox danışan olurlar. Özlərindən əminlikləri yüksək olduğu üçün başqaları ilə asan dil tapırlar. Yaddaşları güclü olur, ağıllıdırlar və informasiya toplamağı sevirlər. İdman, musiqi, istirahət və səyahəti çox sevirlər.

May
Fəal və dinamik olurlar. Tez qərar verirlər və adətən buna görə peşman olurlar. Bu ayda doğulanlarda mentalitet hissi yüksəkdir. Diplomatik olsalar da diqqəti sevirlər. Adətən mayda doğulanların dostları çox olur. Emosional olduğu qədər də tərsdirlər.

İyun
Yenilikləri sevirlər. İnsanları çətin anlayır və özlərini çətinliklə izah edirlər. Düzgün və taktiki insanlardılar. Tənhalığı sevirlər. Hamının sevimlisi olmağa çalışırlar.

İyul
Bu ayda doğulan insanın yanında olmaq xoşbəxtlikdir. Yeni dostluqları, filmləri, əyləncini sevirlər. Buna görə də bir gün məşhur aktyor ola bilmələri istisna deyil.

Avqust
Riski, diqqəti sevir, ürəyiyumşaq və özlərindən əmin olurlar. Mahnı oxumaq və danışmaq onların əsas işidir. Xəyalpərəst avqust insanının diqqəti asanlıqla dağılır. İnsanlara inanmağa meyillidirlər.

Noyabr
Tərs və ciddidirlər. Əks cinsə qarşı utancaq olurlar. Xəyal etməyi sevirlər. Uzaqgörənlik qabiliyyətləri də var. Ədəbiyyat və incəsənəti çox sevirlər.

Dekabr
İlin son ayında doğulanlar gözəllikləri ilə fərqlənirlər. Adətən tələskən, fəal, səbrsizdirlər. Asanlıqla fikirlərini izah etsələr də, ətrafdakıları çətin başa düşürlər. İdeyalarla zəngin həssas insanlardır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Bürclər haqqında qısa və ən lazımlı məlumatlar

Uşağa dərs oxutmağın effektli üsulları – VALİDEYNLƏRƏ QIZIL MƏSLƏHƏTLƏR