in ,

Əcnəbi oğlanla ailə qurmaq niyyətindəsinizsə, bunları MÜTLƏQ NƏZƏRƏ ALIN

Hansı əcnəbi ilə ailə həyatı qurmalı

İtalyan
İtalyanlar görünüşcə azərbaycanlı oğlanlarını xatırladırlar. Mülayim xasiyyətləri və qonaqpərvərlikləri ilə heç də bizimkilərdən geri qalmırlar. Hörmət edən və mehribandırlar. Simalarındakı ciddi və sərt çizgilər onları daha cazibəli göstərir. İtalyanlar qadın gözəlliyi qarşısında acizdirlər. Bu da onların ehtiraslı olduqlarına işarədir. İtalyan oğlanlar sevdikləri qadına qarşı əsl centlmenlik göstərirlər. Bahalı hədiyyələr, ən prestijli restoranda şam yeməyi ilə qadını valeh etməyə çalışırlar. Bu millətin nümayəndəsilə məhəbbət macərasında hər şey əla getsə də, evlənmək məsələsinə gəlincə o, geri çəkiləcək, çünki o, hər qadını ailəsinə təqdim edib, anasına göstərməyi özünə sığışdırmır. Hər şey əksinə də ola bilər. Sevginin hisslərinə qapılıb, səndən ötrü əldən-ayaqdan gedib, ilk görüşdən evlənməyi təklif etsə də, ikinci görüşdə bu barədə heç söz də acmaya bilər. Sevginiz evlənməklə bitsə də, unutma ki, italiyalı oğlan ömür boyu anasından asılı olacaq, çünki o, əsl anauşağıdır.

Fransız
Fransızlar ilk baxışdan sevirlər. Əliaçıqdırlar. İlk görüşdə sevdiyini bahalı restorana aparıb, prestijli yerlərdə gəzdirməkdən çəkinmirlər. Onlar görüş zamanı yeməkdən yox, söhbətdən böyük zövq alırlar. Fransızlar gülməyi sevdikləri üçün onlara lətifə danışmaqdan utanma. O, sənin yumor hissini qiymətləndirəcək. Tarixi mövzularda olan söhbət isə onları qıcıqlandırır, çünki fransızların fikrincə, tarix bilicisi kimi heç kim onlara çata bilməz. O, qadına sevgi etirafını nəmli gözlərlə edə bilər. Amma hədiyyəyə gəlincə, bahalı hədiyyəyə üstünlük verməyəcək. Əgər heç nəyə baxmayaraq, fransızla evlənməyi qərara almısansa, o zaman ürəyin istədiyi bahalı əşyaları unutmalı olacaqsan, çünki fransızlar simic olurlar.

Alman
Almanlar min ölçüb, bir biçəndirlər. İşlərini dəqiq quran və məsuliyyətlidirlər. Onlar özlərini yüksək mədəniyyət sahibi hesab etdiklərindən simalarından ciddilik heç vaxt əskik olmur. Lakin buna baxmayaraq, alman oğlanlar açıqqəlbli və mehribandırlar. Bu millətin oğlanlarını xasiyyətcə iki qrupa ayırmaq olar: onlardan bəziləri vaxtlarını boş əyləncələrə xərcləməkdənsə, kitab oxuyub, biliklərini artırıb, yeni dil öyrənməyi üstün tuturlar. Digərlərisə saatlarla barda oturub, pivə içib, futbola baxmağı sevirlər. Almanla görüş çox darıxdırıcıdır. Onların söhbəti ancaq işə aid və gələcək planlar haqqında olur. Qadın seçimində gözüaçıq olurlar. Əgər almanla olan sevginiz evliliklə bitirsə, demək, sən həmişə evdar qadın kimi ev işləri ilə məşğul olacaqsan. Almanlar deyirlər ki, ailədə hakimliyi kişi etməlidir. Qadınsa həmişə kişinin qulluğunda hazır olmalıdır. Səbəb almanların çox təmizkar olmasıyla bağlıdır.

İngilis
İngiltərəlinin xasiyyəti onun hansı sosial təbəqəyə mənsub olduğundan asılıdır: əgər sevdiyin insan sıravi bir işçidirsə, onunla yola getmək sənə çox asan olacaq. O, ürəyiaçıq və sadəlövhdür. Orta təbəqəli ingilis isə özündən razıdır. Heç nəyi bəyənmir, hər şeyi özünə yaraşdırmır. Onunla söhbət zamanı gərək sözlərinə fikir verəsən. O, problemləri dinləməyi xoşlamır. Lakin aristokrat ingilisin xasiyyəti digər təbəqəyə nisbətən daha qəlizdir. Onlar ayaqüstü yeməz, metroya və ya avtobusa minməzlər. Səni nə qədər sevsə də, o, səninlə şəhərdə gəzib, istədiyin hər çılğınlığı etməz. Sevgilin centlmen ailəsindən, nənə və babasının hansı soya mənsub olduğu haqqında bir xeyli danışıb, ondan zövq alacaq. Bu cür söhbətdən sonra sən özünü kasıb bir kəndli qızı kimi hiss edəcəksən. Sən də özün haqqında danışanda mütləq hansı nəslə mənsub olduğun haqqında ona məlumat ver. Əgər sosial təbəqəsindən asılı olmayaraq, ingilisə ərə getməyə qərar verdinsə, hər səhər südlü kofe və qayğanaqla onu sevindirməli olacaqsan. Bu cür səhər qəlyanaltısı etmək ingilislərin köhnə adətidir.

Türk
Başqa millətlərdən fərqli olaraq, türklər çox qısqanc olurlar. Ailələrinə bağlı və xanımına hörmət edəndirlər. Onlar üçün həyat yoldaşının vəzifəsi evin xanımı olub, uşaqlara və ərə layiqincə qulluq etməkdir. Türklər ailəni qoruyub, ona qayğı göstərməkdən böyük zövq alırlar. Onlar kişi və qadının dost münasibətinin tərəfdarı deyillər. Əgər türk yoldaşınla yola getmirsənsə, bil ki, ailədə uşaq anadan olandan sonra münasibət dəyişəcək və o, sənin hər istəyini həyata keçirəcək. Türklər üçün soylarının davam etməsi vacib məsələlərdən biridir. Başqa millətlərə nisbətən, türklər daha səbirli, işlərindəsə dəqiq olurlar. Türklər təmizkar qadını qiymətləndirirlər. Əgər türkə ərə getmək istəyirsənsə, onun harada yaşadığına diqqət yetirməlisən. Türkiyənin xəritəsini qarşına qoyub, Şimaldan Cənuba qədər düz xətt çəkib, xəritəni iki yerə ayır. Əgər sevdiyin insan xəritənin sol hissəsində yaşayırsa, onunla yola getmək olar. Yox, əgər sağ tərəfində yaşayırsa, sənə bu insanla çox cətin olacaq.

Ərəb
Əsl İslam qaydalarına riayət edib, ailəsini də bu tərzdə tərbiyələndirir. Qadına hörmət qoyub, ona qayğı göstərir. Ərəblər deyirlər ki, qadın kişiyə Allahın əmanətidir. Onlar qadının kişi üzərində əməyinin çox olduğunu vurğulayırlar. Qadının haqqını yeməz, onun pulundan istifadə etməyi haram sayarlar. Ərəblər deyirlər ki, qadının pulu ruzusuz olur. Ona görə də onun puluna əl uzatmazlar. Ailədə hakimliyi kişi ələ alır. Ona görə də qadını işləməyə qoymaz, başqa kişilərlə ünsiyyətdən çəkindirərlər. Lakin ərəblərdə çoxarvadlılıq var ki, bu qanunu da hər qadın qəbul etməz.

Çinli
Xasiyyətcə özlərinə qapalı olurlar. Lakin onlarla yaxından tanış olduqdan sonra görəcəksən ki, çinlilər çox səmimi və sözü üzədeyəndirlər. Hər insana etibar etmirlər. Çinlilər başqa millətlərlə ünsiyyətdə olmağı xoşlayırlar. Çinliyə ərə getməyi qərara almısansa, demək, ailənin ağsaqqalına layiqincə qulluq etməlisən ki, ərin hörmətini qazanasan. Çinlilər qohumluq münasibətlərində də həssasdırlar. Çinlinin arvadı olmaq asan deyil. Hətta onun qohum-əqrəba münasibətlərində də diqqətli olmalısan.

Seçdiyiniz şəxsin kim olmasından asılı olmayaraq əsas odur ki, xoşbəxt olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Fala baxırıq: Arzularınıza çatacaqsınızmı?

Sağlam arıqlamaq istəyirsinizsə, kefir kokteylini MÜTLƏQ nəzərə alın

Back to Top

Ad Blocker Detected!

Advertisements fund this website. Please disable your adblocking software or whitelist our website.
Thank You!

Log in

Forgot password?

Forgot your password?

Enter your account data and we will send you a link to reset your password.

Your password reset link appears to be invalid or expired.

Log in

Privacy Policy

To use social login you have to agree with the storage and handling of your data by this website. %privacy_policy%

Close
of

Processing files…