in ,

İpək kimi dəriyə sahib olmaq üçün əla resept – Tükləri də tökür

Əl, üz və ya bədən dərisinin təmiz, ipək kimi yumşaq olmasını istəyirsinizmi? Və təbii ki, artıq tüklərin də təmizlənməsini istəyirsiniz. O zaman evdə özünüzün hazırlayacağınız bu resept sizi arzularınıza çatdıracaq.

Bunun üçün sizə aşağıdakı inqridiyentlər lazımdır.

  • Jelatin – 2 xörək qaşığı
  • Süd – 2 xörək qaşığı
  • Xiyar şirəsi – 1 xörək qaşığı
  • Soda – 0,5 çay qaşığı

Jelatin  və südü bir qaba tökün , üzərinə sodanı əlavə edin. Daha sonra xiyar şirəsini də qatıb yaxşıca qarışdırın. Hazırladığınız məhlulu  sıyıq xəmir  forması alana qədər qızdırın. Alınan məhlulu isti halda fırça ilə əllərinizə, üzünüzə çəkin. Tam quruqudan sonra isti su ilə yuyub əlinizə ya nəmləndirici krem çəkin  və ya evdə zeytun yağı varsa yağla əvəz edin. Bu resepti ayda 3 dəfə təkrar edin. Müntəzəm istifadənin heç bir ziyanı yoxdur. Sadəcə sizi narahat edən  xırda tüklər yox olacaq. Dərinizin  ümumi vəziyyəti yaxşılaşacaq. Bu maskadan bədəninizin istənilən nahiyəsi üçün istifadə edə bilərsiniz.

bizim yol

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Safuranın bacısı gözəlliyi ilə göz oxşadı – FOTOLAR

Bu dövr bütün qadınların həyatında olur