in ,

PEÇENYELƏRDƏN HAZIRLANAN “SQUŞONKA” PİROQU

PEÇENYELƏRDƏN HAZIRLANAN “SQUŞONKA” PİROQU. Qatılaşdırılmış südlü piroq…
Ərzaqlar:
Kərə yağı – 80 qr.
“Yubiley” peçenyesi – 350 qr.
Yumurta sarısı – 3 ədəd
Qatılaşdırılmış süd – 400 ml.
Limon – yarım dənə
Hazırlanması:
Peçenyelər paketə yığılır, üstündən basılaraq əzilib narın hala gətirilir. Qaba qoyulub, üzərinə otaq hərarətində yumşaldılmış və xırdalanmış kərə yağı əlavə olunub, yaxşıca qarışdırılır.
Soba üçün dairəvi formaya xəmir hamar yayılır, kənarları 2 sm. yuxarı qatlamış vəziyyətdə olur. 180 dərəcədə 15 dəqiqə bişirilir.
O bişənə kimi, içlik hazırlanır. Yumurta sarıları çalınır, bura qatılaşdırılmış süd (“squşenka”) əlavə olunur. Mikserdə yüngül çalınır, yarım limonun suyu sıxılır.
Sobadan xəmir çıxarılır, içlik yayılır. Yenidən sobaya qoyulub, daha 10 dəqiqə bişirilir. Sobadan çıxarıb istədiyiniz giləmeyvə ilə dekor edə bilərsiz. Nuş olsun!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Gözəllik üçün düyünün İNANILMAZ FAYDALARI

Eksklüziv resept: Pryaniklərdən tort