in , ,

Kişilərin saqqal saxlama səbəbini paytaxt sakinləri açıqlayıb

Bakıda gənclər arasında saqqal saxlamaq son zaman dəbə minib. Ən müxtəlif saqqal forması ilə şəhərdə gəzişən insanlara rast gəlinir.

Open.az paytaxtın Səbail və Yasamal rayonu ərazisində saqqal saxlayan şəxslər arasında sorğu keçirib.

Ziya Şahmuradov, 21 yaş

– Saqqal saxlamağımın xüsusi səbəbi yoxdur. Həvəsim olduğu üçün saxlayıram.

Əhməd Əhmədov, 22 yaş

– Saqqal saxlamaq rahatdır. Ziyanı yox, xeyri var. Cəmiyyətin buna baxışı önəmli deyil. Saqqal faydalıdır. Üzü təmiz saxlayır, günəş şüasından, sızanaqdan, ağız və burun dəliyindən mikrob keçməsindən qoruyur.

Asif Qayıbov, 22yaş

– Görünüş üçün saxlayıram. Qızların makiyajı, bizim də saqqalımız var.

Cavanşir Sadıqov, 29 yaş

– Görünüş üçün saxlayıram. Dinə görə də lazımdır.

Kənan Kərimli, 23 yaş

– Xoşuma gəldiyi üçün saxlayıram. Xüsusi səbəbi yoxdur.

Ramin Məmmədov, 26 yaş 

– Dəb üçün yox, dinin şərti olduğu üçün saxlayıram. Nə vaxtsa saqqal dəbdən düşsə də, yenə saxlayacağam.

Xəyyam Süleymanov, 28 yaş

– Arıq olduğum üçün saxlayıram. Mənə yaraşır.

Ayaz Babayev, 24 yaş

-Yaraşıq üçün saxlayıram. Zövqüm belədir. Saqqalı qırxanda uşağa oxşayıram.

Şahin Quliyev, 29 yaş

– Mənə maraqlıdır. Xüsusi səbəbi yoxdur.

Yaşar Tacəddin, 21yaş

– Saqqal saxlamağımın səbəbi tənbəllikdir. Hər dəfə qırxmaq çətin olur. Çox zaman saqqallı oluram.

Tamerlan Nağıyev, 32 yaş 

– Soyuq aylarda üzümü qırxanda dəridə çat yaranır. Saqqal ultrabənövşəyi şüalardan qoruyur. Mümkün olduqca saxlayıram. Amma çox uzun yox, orta səviyyədə.

Elgün Quliyev, 20 yaş

– Əksər gənclər kimi görünüş üçün saxlayıram.

Həsən Mehdiyev, 23 yaş

– Boyum balaca olduğu üçün uşağa oxşayıram. Yaşıdlarımdan kiçik görünməmək üçün saxlayıram.

Yaşar Xəlilov, 29 yaş

– Daimi saxlayıram. Saqqalsız narahat oluram. Saqqal həm kişiyə yaraşır, həm də ülgüclə qırxanda üzüm qızarır.

Ceyhun İmanov, 34 yaş

– Görünüş üçün saxlayıram. Saqqal kişiyə yaraşır

Sorğuda 15 nəfər iştirak edib. 2 nəfər saqqalın tibbi səbəblərini açıqlayıb. 1 nəfər tənbəllikdən, 1 nəfər həvəs, 11 nəfər isə görünüş üçün saxladığını bildirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Hacı Nuran ayrıldığı sevgilisindən danışdı: “Ailəmi seçdim”

Kişi ginekoloq: ginekologiyanın kişi ya qadın sənəti olması barədə sual vermək yanlışdır. Çünki…