in ,

Azərbaycanlı biznes ledilər – Onları siz də tanıyın

Lakin bununla yanaşı Azərbaycanda karyera zirvəsinə çatmış, öz sahəsində böyük uğurlar əldə etmiş xanımlarımız da az deyil.

Məqalədə sahibkarlıq sektorunda öz sözünü demiş işgüzar xanımlardan bəhs edirik.

Zərifə Həmzəyeva 1999-cu ildə yaradılan “Gazelli” şirkətinin rəhbəridir. 20 milyon manat nizamnamə kapitalına sahib olan şirkət, yerli kosmetik vasitələrin istehsalı ilə məşğuldur. Şirkət 200-dən çox kosmetik məhsul istehsal edir. Həmçinin xanım Həmzəyeva maliyyə bazarının iştirakçılarından biridir. Ölkəmizdə fəaliyyət göstərən bankların birinin səhmdarı olaraq da tanınmaqdadır. Onu da qeyd edək ki, Zərifə xanım AZAL şirkətinin prezidenti Cahangir Əsgərovun həyat yoldaşıdır.

 

Kəbirə Məmmədova paytaxtın ən böyük ticarət mərkəzlərindən biri olan “Binə” ticarət mərkəzinin rəhbəridir. Mərkəz yalnız paytaxtı deyil, bütün regionları qeyri-ərzaq məhsulları ilə təchiz edir.

Aytən Quliyeva paytaxtın ən böyük klinikalarından biri olan Baku Clinic-in rəhbəridir. Tibb mərkəzi müxtəlif növ müayinə və əməliyyatlar yerinə yetirir.

Səkinə Babayeva Azərbaycanda ilk tikiş müəssisələrindən biri olan Bakı-Əyrici-Toxucu-Trikotaj fabrikinin rəhbəridir. Adi işçi olaraq işə başlayan xanım daha sonralar fabrik rəhbərliyinə qədər yüksələ bilib. Bundan əlavə Səkinə xanım İqtisadiyyat Nazirliyinin dəstəyilə yaradılan Azərbaycan Qadın Sahibkarlar Assosiasiyasının sədridir.

Azərbaycanda qadınlar arasında tanınan simalardan bir digəri Leyla Şıxlinskayadır. Xanım Azərbaycanda fəaliyyət göstərən klinikalardan birinin sahibəsidir. Leyla xanım ixtisasca aktrisadır və bir sıra kinolarda rol alıb.

Ruhi Əliyeva bir müddət müğənni kimi fəaliyyət göstərsə də hal-hazırda biznes ledi olaraq tanınmaqdadır. Xanımın qızıl dükanı, turizm şirkəti və digər obyektləri mövcuddur. Ruhi xanım həm də bir sıra xeyriyyə aksiyalarında yer alması ilə tanınır.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Dünyaya səs salan qadınlardan MARAQLI SİTATLAR

Hacı Nuran ayrıldığı sevgilisindən danışdı: “Ailəmi seçdim”