in ,

16 illik ailə həyatını başa vuran adamın EVLİLİK TÖVSİYYƏLƏRİ

Məhşur təlimçi Gerald Rocers 16 illik evliliyini qurtardıqdan sonra bloqunda maraqlı bir yazı paylaşdı və “Kaş ki, evliykən biriləri bu tövsiyələri mənə versəydi” deyə bildirmişdi. Gerald yazısında xoşbəxt bir evlilik üçün öz tövsiyyələrini paylaşıb. Geralda görə xoşbəxt olmaq üçün aşağıdakı puntları nəzərə almaq lazımdır.

 

  1. Əvvəlki münasibətinizi davam etdirin

Birini sevsəniz və onunla həyatınızı birləşdirsəniz, əvvəlki münasibətinizə davam edin. Daha öncə olduğu kimi qarşı tərəfə sürprizlər edin, onunla söhbət edin, fikirlərinizi bölüşün.

  1. Onu hər gün daha çox sevdiyinizi göstərin

Əslində bunun üçün xüsusi bir şey etməyə ehtiyac yoxdur. Sadəcə onu tanımağa çalışın. Əgər qarşınızdakı insanın tanımadığınız xoş xüsusiyyətlərini müşahidə edə bilsəniz, onu əvvəlkindən daha çox sevəcəksiniz. Qarşı tərəfdən gözləmədiyiniz davranış görəndə ona bunu göstərin. Bu sizi bir-birinizə bağlayacaq.

  1. Hər zaman yaxşı tərəflərini görməyə çalışın

Evlilik və sevgili olmaq arasında bir qədər fərqlər olur. Siz qarşınızdakı adamla bir evdə yaşadıqca çox müxtəlif qəribəliklərini müşahidə edə bilərsiniz. Amma bu xüsusiyyətlərin sizi yanıltmasına icazə verməyin. Unutmayın ki, siz sevdiyiniz insanla evlisiniz və heç kim mükəmməl deyil.

  1. Sevdiyiz şəxsi olduğu kimi qəbul edin

Sevdiyiniz şəxs müxtəlif xarakterə malik ola bilər, hətta bəzən onun etdiyi hərəkətlər sizi özünüzdən çıxara da bilər. Əgər həmin şəxs çılğın biridirsə, onu belə qəbul edin, dəyişməyə çalışmayın. Belə olduğu halda həyatınız daha asan olacaq.

  1. Günahı hər zaman bir tərəfdə axtarmayın

Problem varsa, həll də mütləq olmalıdır prinsipini özünüzdə əsas tutun. Belə olduqda problemlər daha asan həll yolu tapacaq.

  1. Məsləhətləri özünüzə saxlayın

Hər birimizin həyatında problemlər olur. Çalışın qarşı tərəfin problemlərini anlayasınız. Məsləhət isləmədikcə dinləməyə üstünlük verin, çünki bir çox hallarda insanlar öz problemlərini və həlli yolunu yetərincə yaxşı anlayırlar. Sadəcə onu dinləyəcək və anlayacaq birinə ehtiyac hiss edirlər.

  1. Həyatınızda əyləncəyə mütləq yer verin

Həyat qısadır. Onu problemlərlə keçirməyin. Probleminiz olsa belə bunu açıq havada və ya dostlar əhatəsində keçirməklə əvəz edin. Çünki problemlər zamanı geri qazandırmır və zamanında etmədiklərinizə və boş mövzular üzərində özünüzü yorduğunuza görə çox peşman ola bilərsiniz.

  1. Yoldaşınızın qəlbinə gedən yolu tapın

İnsan psixologiyası çox qəribədir. Nə qədər böyük istəkləri olsa da kiçik şeylər bizləri xoşbəxt edə bilir. Məsələn, dadlı yemək, xoş söz, xoş davranış və ya adi bir təbəssüm. Qarşınızdakı insanı bundan məhrum etməyin.

  1. Xəta edin, amma bəhanə etməyin

İnsanları bir-birindən uzaqlaşdıran əsas səbəblərdən biri xətalarına bəraət qazandırmalarıdır. Xəta etmək insana xas bir xüsusiyyətdir, əsas olan isə xətanı qəbul edib, məhsuliyyətini dərk etməkdir.

  1. Qarşı tərəfə özünə vaxt ayırmasına icazə verin

Hər bir tərəfin özünəməxsus çevrəsi mövcuddur. Birlikdə vaxt keçirmək gözəl olsa da bəzən tərəflər bir-birlərinə istədikləri kimi vaxt keçirməyə icazə verməlidirlər. Bu zaman münasibətlər daha möhkəm xarakter alır.

  1. Birlikdə böyüyün

Bir qədər qəribə səslənsə də bu doğrudur. Çalışın bütün yükləri qarşı tərəfin üzərinə atmayasınız. Lazım gəldikdə ən yaxşı köməkçisinin siz olduğunuzu ona xatırladın. Qərar vermək lazım gəldikdə birlikdə qərar verin.

  1. Hər zaman sevgini seçin

Həyatınızı birləşdirdikdə unutmayın ki, birinə aid olan problem həm də qarşı tərəfə aiddir. Belə olduqda kompramisə gedin və münasibətlərdə hər zaman sevgini seçin.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Xlamidioz nədir və insan ona necə yoluxur?

Dünyaya səs salan qadınlardan MARAQLI SİTATLAR