in ,

Gəlinlik niyə ağ rəngdədir?

Qədim Romada gəlinliklərin rəngi sarı idi. Orta çağlarda isə gəlinliyin rəngi məsələsinə o qədər də fikir vermirdilər. Parçanın keyfiyyəti və göstərişli olması daha önəmli idi. Hər kəs ən yaxşı paltarını geyinirdi, rəng də hər kəsin öz seçiminə görə fərqlənirdi.

Bəyaz gəlinlik adətinin trend hal alması 16-cı yüzilliyə təsadüf edir. Həmin illərdə kraliyyət ailəsi üzvlərinin gümüşü rəngdə gəlinlik libasları geyinməsi ənənə halını almışdı. Kraliça Viktoriya bunu rədd etdi və bəyaz gəlinlik geyinməkdə israr etdi. Bundan sonra İngilis və Fransız yazıçılar bəyaz rəngin məsumiyyətin simvolu olduğu mövzusunda yazmağa başladılar. Exlaqi baxımdan bakirəlik evliliyin əsas şərti hesab olunduğu üçün ağ gəlinlik simvolik xarakter daşımağa başladı.

Evlənərkən bəyaz geyinmək gənc qızların bakirəliliyini cəmiyyətə elan etmə vasitəsi oldu.
Gəlinliklə bağlı bəzi inanclar da var. Bunlara görə bir qızın gəlinliyini özü tikməsi, bəyin toydan qabaq onu gəlinlikdə görməsi, gəlinliyini toydan qabaq geyinməsi uğursuzluq gətirir.
Söz evlilikdən açılmışkən nişan üzüyündən də bəhs edək. İnsanların evlənməzdən əvvəl üzük taxmaqları qədim Misir inancalarına qaynaqlanır. Miladdan 2800 il əvvəl Misirdə yaşananlar dairənin və ya halqa şəklindəki cisimlərin, başlanğıc və son nöqtələrin olmaması səbəbi ilə sonsuz sevgini təmsil etdiyinə inanırdılar. Üzük evliliyin sonsuzadək davam edəcəyinin simvoludu.

Sonra bu inanc və adət romalılar tərəfindən geniş yayıldı. Arxeoloji qazıntılarda belə üzüklərə çox rast gəlinir.
Nişan üzüyünün sol ələ və sonradan başqa ələ taxılmasının səbəbi isə modern tibbin inkişafından öncəki dövrlərə aiddir. O zamanlarda qan dövranı sistemindəki ana damarın sol əlimizdə bu barmaqdan başlayıb qəlbimizə getdiyi zən edilirdi. Belə taxılan üzüklər sevənlərin ürəkdən  bağlılığını göstərir.

xanım.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Körpə xəstələnsə bu vasitədən uzaq durun

Ana südünü artırmaq üçün 6 məsləhət