in ,

Qayınana ilə münasibətləri necə yoluna qoymaq lazımdır?

1-Rəqabətdən imtina edin

Heç bir ana, onun oğlunun qeydinə özündən yaxşı qala bilən birini qəbul edə bilmir. Elə buradan söz-söhbət,tənqit emək və başqa problemlər ortaya çıxır.SƏbr nümayiş elətdirin və onun kifayət qədər təcrübəli bir xanım olduğunu bildirin.”Mən heç vaxt sizin kimi evdar xanım olmağı öyrənə bilməyəcəm. ”-Hərdən belə sadə ifadələr buzları əritməyə və mübahisədən yan keçməyə imkan verəcək.

2-Bir yerdə yaşamağa razılaşmayın.

Şablon olsa da faktdır.Bir yerdə yaşamaq nəinki qayınana ilə hətta həyat yoldaşınızla belə münasibətlərin korlanmasına səbəb ola bilər.Hər evin məxfi qaydaları olr.Bir yerdə yaşasaz əmin olun bu qaydaları qayınananız müəyyənlaşdirməli olacaq.Buna görə də yumaq,təmizləmək,bişirmək hətta yatmaq belə qayınananın qrafikinə uyğun olacaq.

3-Məsləhət alın.

Qayınanalar oğullarının  böyüdüyünü dərk etmək istəmirlər.Elə ona görə də soyuqdəyməni necə müalicə etmək olar,uşaqları necə tərbiyə etmək lazımdır  kimi məsələlərlə başqalarının həyatına qarışırlar.Amma belə olan halda onun məsləhətlərinə hələ də ehtiyacınız olduğunu göstərin.

4- Çox səmimi olmayın.

Qayınana ilə nə qədər yaxşı yola getsəz belə işdə rəhbərlikə bağlı problemlər ,əvvəlki boyfrendlərinizi ona deməyin.Hətta mübahisə yarada biləcək söhbətlərə elə girmeyin.Məsələn siyasi məsələlərə.Unutmayın dediyiniz bütün sözlər sizə qarşı istifadə oluna bilər.Ona görə danışanda söz seçiminə diqqət edin.

5- Təşəkkür etməyi unutmayın.

Qayınana ilə yola getməyin ən asan ylou ona təşəkkür etməyi bacarmaqdır.Köməyə,qayğıya,diqqətə hətta sizə etdiyi məzəmmətə görə təşəkkürünüzü bildirin.Unutmayın sevdiyiniz insanı o dünyaya gətirib .Elə buna görə də ən böyük təşəkkür elə ona düşür.

6- Məsulliyyəti öz üzərinizə götürün.

Qayınana ilə olan münasibətləriniz öz ailənizə də təsirsiz ötüşməyəcək.Elə ona görə də Yoldaşınızın anası ilə münasibətləri qaydasına salmaq sizin strateji tapşırığınızdır.Ola bilər yaxın rəfiqə olmayasız.Lakin yola getməyi bacaracaqsız.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Sizi tamamlayan birinə rast gəlməyinizin 10 əlaməti

Что можно, а чего нельзя кормящей маме: запреты мнимые и реальные