in ,

Makiyajsız 2 gün! Detoksun dəriniz üçün faydaları nədir?

Üz dərisinin detoksunu ilk dəfə Nyu-Yorkun  kosmetoloq-dermotoloqu Karen Xammerman tətbiq etmişdir. “Makiyajdan heç olmasa həftədə 2 dəfə istirahət eləyən dəri  öz təbii nəmlik balansını bərpa etmək bacarığına sahibdir – deyə həkim bildirir. Bundan əlavə makiyaj qatının altında dəri nəfəs almır, nəticə etibarı ilə qocalma prosesi daha sürətlə gedir”.

Bu usülla həftədə cəmi 2 gün makiyajsız gəzməklə dərinizin cavalıq müddətini uzadmış olursunuz.

 

 2 günlük detoksa  yeni başlayanlar üçün bir neçə faydalı MƏSLƏHƏT:

  • Yatmazdan əvvəl üzünüzü kosmetika qalıqlarından düzgün qaydada təmizləmirsinizsə, dəri “pəhrizi”nin heç bir mənası qalmır. Göz ətrafı əraziyə xüsusi diqqət yetirmək lazımdır – tuşdan və göz qələmindən qalma izləri göz qapaqlarlı üçün ikihədli losyonlarla təmizləmək lazımdır.
  • Üzünüzə kosmetik vasitələrdən istifadə etmədən sağlam allıq qatmaq üçün, səhərlər soyuq su ilə yuyunaraq qan dövranını gücləndirəcək yüngül masaj edin.
  • Tonal vasitəsiz və pudrasız təmiz dəri günəş şüalarının birbaşa təsirinə məruz qalır. Buna görə də mütləq spf-qoruyuculu nəmləndirici kremdən istifadə etmək lazımdır. Bu vasitəsiz qocalmanın qarşısını alan bütün tədbirlər effektsiz olacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Paltarlarda tər ləkəsinə SON!

Qadın – kişinin UĞUR MƏNBƏYİdir