in ,

Gündəlik makiyaj üçün 8 lifehack

Üz

1-Solğun dəri rəngindən can qurtarmaq istəyirsiz amma tonal krem və kirşan çəkməyə vaxt yoxdur.İkisi birində-kompakt kosmetik vasitədən istifadə edin.Bu vasitə eyni vaxtda həm dəri rəngini yaxşılaşdıracaq ,həm də üzdəki parıltını yox edəcək.

2-Ənliklə olduğu kimi,dodaq boyası ilə də yanaqları “qızartmaq” olar.Dodaq boyası ilə yanaqlara bir-iki xətt çəkin sonra onu yaymağa başlayın.Bu üsul tez bir zamanda yanaqlarınızı təravətləndirəcək.

3-Gözəl qaşlar  hər bir xanımın arzusudur.Bunun üçün əksəriyyət xanımlar qaşlar üçün olan balzamdan istifadə edir.Amma heç də hər bir xanım bu balzama sahib deyil.Bu balzamı dodaq üçün olan balzamla əvəz edə bilərsiz.Həmçinin saç üçün olan lakı təmiz tuş fırçasına səpin və qaşlarınıza çəkin.

Göz

1-Tez və effektiv pişik baxışı yaratmaq istəyirsizsə kirpiklərinizi buraraq göz kənarlarına tərəf qaldırın.

2-Kirpiklərin uzun və həcmli görsənməyi üçün yəqin ki tuşu bir neçə qat çəkirsiz.Başqa bir üsul da var.Kirpikləri tuşla boyadıqdan sonra bir qat kirşan da vur.Daha sonra tuş çəkməyə davam.

3-Kirpikləri şipçi ilə burursuz amma bu çox vaxt aparır.Feni  kirpiklərə tut ,isti vasitə onların daha tez burulmasına kömək edəcək.

Dodaqlar

1-Dodaq boyası çəkməzdən öncə dodaqlarınızı yumşaq və hamar edin.Bunun üçün dişlərinizi fırçalayan zaman fırçanı yüngül massajla dodaqlarınızda da gəzdirin.

2-Dodaq boyası mat istəyirsiz lakin sevdiyiniz rəng parıltılı tərkibə sahibdir?Parıltılı dodaq boyasını dodağınıza çəkin sonra kirşanı dodaqlarınızda gəzdirin.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

En effektiv kişi ətirləri!

Mənfi auralı insanlar enerjinizi alsa da,pozitiv qalmağın 5 yolu