in ,

3 çox ucuz inqryidentdən ibarət tuşunuzu və laynerinizi özünüz düzəldin-Şok resept

Sevimli tuşunuzu və laynerinizi almağa imkanınız yoxdur, istifadə etdiyiniz artıq bitibmi? Bəlkə də, siz süni kosmetika və kimyəvi birləşmələrlə zəngin tuşlardan istifadə etmək istəmirsinizsə bu resept əsil sizin üçündür, çünki onların tərkibində gümüş tozu olduğuna görə çox da sağlıqlı deyillər.

 

O, çox sadə hazırlanır və təəccüblü olsa da, heç bir mürəkkəb komponentlər tələb olunmur. Qara rəngin əsasını aktivləşdirilmiş kömür təşkil edir (apteklərdə çox ucuz qiymətə satılır), hər hansı yağla(badam yağı olsa daha yaxşı olar), bir də aloe(əzvay) geli istifadə edilir.

İnqrediyentlər:

 

2 həb aktivləşdirilmiş kömür,

Bir neçə damcı aloe şirəsi (aloe şirəsini təzə-təzə özünüz də sıxa bilərsiniz)

2 damcı badam yağı

HAZIRLANMASI:

 

2 həb aktivləşdirilmiş kömürü yaxşıca döymək,

ona bir az aloe şirəsi (təxminən 1:1 nisbətində),badam yağı əlavə etmək lazımdır.

 

Tuş hazırdır!

 

QEYD:

 

Bu tuşu nisbətən qatı etsəniz, ondan layner kimi də istifadə edə bilərsiniz. Özünüz hazırladığınız bu tuşun ən üstün cəhətlərindən biri də onun qatılığını özünüz tarazlaşdıra bilərsiniz. Aloe gelini azaldıb, çoxaltmaqla.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Əgər oğlan bunu edirsə deməli Sevir!

Kişiləri qıcıqlandıran 10 makiyaj növü