in ,

Ənənəvi türk lokumunun elementar resepti: Çiyələkli Rahat-Lokum

İnqrediyentlər:

  • 200 qr. Çiyələk;
  • 15 qr. asan əriyən jelatin;
  • 150 qr. şəkər pudrası;
  • Limonun yarısı.

Hazırlanması:

1. Çiyələyi blenderdən keçirin. Təzə giləmeyvələrin əvəzinə dondurulmuş giləmeyvələrdən də istifadə edə bilərsiz.



2. Bu qarışıma jelatin əlavə edib bir müddət saxlayın. Daha sonra 120 qr. şəkər pudrası və limon şirəsi əlavə edin. Yaxşıca qarışdırdıqdan sonra, asta dərəcəli ocaqda  qarışımı qızdırın. Jelatin əriyənə qədər bişirilməsi mütləqdir. Ama qaynatmaq olmaz.

3. Bişdikdən sora məhlulu soyudun. Daha sonra qarışımın ağarıb qatılaşması üçün 6 dəqiqə mikserlə çalın.



4. Soyuması üçün qəlib seçin, qəlibə mumlanmış kağız sərin və məhlulu əlavə edin. Səthini bərabərləşdirib 5-6 saat soyuq bir yerdə saxlayın.

5. Rahat-lokum soyuduqdan sonra, onu qəlibdən çıxarıb üzərinə şəkər pudrası səpərək kub formasında doğramaq lazımdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Kişiləri qıcıqlandıran 10 makiyaj növü

Paltarlarda tər ləkəsinə SON!