Budur, əməl etməli olduğunuz bir neçə məsləhət:
Saçlarınıza daim az şampun vurun.
Şampunla saç diblərinizə masaj edin.
Şampundan sonra saçlarınızın uc hissəsinə krem vurub bir neçə dəqiqə saxlayın.
Saçlarınızı yuduqdan sonra dəsmalla yumşaq hərəkətlərlə qurulayın.
Saça qulluq üçün evdə edə biləcəyiniz çox sadə, təbii bir maska təklif edirik:
1 yumurtanın sarısı
2 x/qaşığı zeytun yağ
2 x/qaşığı badam yağı
1 x/qaşığı sirkə
Hazırlanma qaydası:
Lazım olan vasitələrin hamısını bir qabda qarışdırın. Təmiz saçınıza diblərdən uclara doğru masaj edərək sürtün və saçlarınızı sellofanla 1 saat bağlayın, bir saatdan sonra yuyun. Bu maskanı 2 həftədən bir tətbiq edə bilərsiniz.
Mənbə : azadqadin.az
Mənbə : azadqadin.az

Comments
0 comments