in ,

Merlin Manronun makiyaj sirləri -AÇIQLANDI!

Merlin Manronun vizajisti, stilisti və üstəlik də yaxın dostu olan Allan “Whitey” Snyder, adi bir qadını necə gözəllik tanrısına çevirməsinin sirlərini anladıb.

Gözlər üçün nəmli makiyaj

Zərli göz kölgələrinin olmadığı zamanlarda Allan kölgəni sürtdükdən sonra üzərinə vazelin ya da hind qozu yağı sürtürdü.

Ənlik altına vazelin

Vvhitey, ənlik çəkməkdən əvvəl dəriyə vazelin sürtürdü. Bu, dərinin nəmli qalmasını və kamera işıqlarında parıldamasına kömək edirdi.

Dodaqlar necə dolğun göstərilir?

Dodaqların inyeksiyalarla doldurulmadığı bir vaxtlarda vizajistlər dodaq dolğun görünsün deyə fərqli yollara əl atırdılar.

Allan, Merlinin dodaqları dolğun görünsün deyə şokolad rəngində karandaşla dodaq xətlərini çəkirdi. Kiremit ( qırmızı kərpic)  rəngli qələmi kənarlardan mərkəzə doğru çəkdikdən sonra isə parlaq qırmızı qələmi çəkirdi.

İş bununla bitmir. Alt dodağın mərkəzinə krem rəngi bir aydınladıcı ilə nöqtə qoyurdu Ən son isə qalın bir qat dodaq balzamı sürtürdü.

Diqqətçəkici eyeliner

VVhitey  hər zaman bir neçə qat eyeliner çəkərdi. Əvvəlcə göz kənarlarını qara və qəhvərəngi qələmlə vurğulayır, sonra iç və kənar qismlərinə ağ qələm çəkirdi. Son olaraq gözləri parlaq göstərmək üçün bir neçə qırmızı nöqtə qoyurdu.

Ağ göz kölgəsi

Merlinin gözlərinə diqqət çəkmək üçün, Allan, göz qapaqlarına toz şəkilində kölgə çəkirdi. İç qismlərinə isə bənzər bir rəngdə metal toxunuşu olan kölgə çəkirdi.

Burnu kiçik görünsün deyə

Merlin burnunun əməliyyat etdirməsinə rəğmən böyük göründüyünü düşünürdü. Allan isə onun burnunu kiçiltmək üçün ucuna qırmızı ənlik vururdu.

Kirpiklərinin sirri

Merlinin mükəmməl kirpiklərinin sirri taxma kirpikləri ikiyə ayırmaqdır. Allan taxma kirpikləri ikiyə bölüb ancaq kənar qismlərə taxırdı. Beləcə ulduzun gözləri daha uzun və badam görsənirdi.

Qaşlarının şəkili

Vizajisti Merlinin qaşlarını vurğulamaq üçün üçkünc şəkil verirdi. Həm də alnı kiçik görünsün deyə. Amma qaşa üçkünc şəkil verərkən təbiiliyini itirməməyinə çalışın.

Mənbə : lent.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Dünya ulduzlarının sevdiyi ətirlər

İrina Şeykin GÖZƏLLİK SİRRLƏRİ