in ,

Kişiləri TƏSİR altına salan 15 ətir

Araşdırmalara görə kişilərə təsir edən ətir aroma şəkər qoxulu olanlar gəlir. Dadlı qoxular sinifində olan şəkər aromalı ətirlər,beyindəki xoşbəxtlik hormonlarını hərəkətə keçirərək müsbət enerji ilə dolmasını təmin edərkən, qarşınızdakını da təsir altına almağa kömək edir.
 1 – Marc Jacobs Oh Lola 
İşıltılı,gülüşü qayğısız,gənc ruhu göz alıcı Oh Lola,canlı və əyləncəli bir qoxudur.
2 – Cacharel Amor Amor 
Eşqi axtaran gənc qadınlar üçün hazırlanan və şüşəsindəki qırmızı rənglə eşqi xatırladan bir qoxudur. Gəncliyin enerjisini və təbii gözəlliyini əks etdirən çiçəkli meyvəli qoxular ailəsindən gələn qalıcı bir ətirdir.
 
3 – Escada Magnetism 
Xoşbəxtlik və enerji verən müsbət bir ətirdir. Magnetism, tərkibindəki afrodizyak təsirli notalarıyla sanki bir maqnit kimi ətrafındakı kişiləri təsir altında atmanıza kömək edir.
4 – Davidoff Cool Water Game 
Həyəcanlar, xoşbəxtliklər, döyüşlər, barışmalar hamısı “Cool Water Game” ilə bir yerdə ideal bir qoxu olan “Cool Water Game”, alma və limonun təzəliyini bədəninizə daşıyır. Üst notlarda freziya, alma, limon; orta notlarda bənövşə, lavanta: alt notlarda isə səndəl ağacı  iştirak edir.
5 – Lancome Miracle 
Çiçək və ədviyyat uyğunlaşmasına söykənən ətirin üst notalarında; qara bibər və zəncəfil, ürək notunda, pion, maqnoliya, jasmin. Alt notunda isə kəhrəba və vanil təşkil edir.
6 – Carolina Herrera 212 Sexy 
Heç yatmayan bir şəhərin, heç yatmayan şəhvətli qadınlarına yaraşar. 212 Sexy, ovsunlayıcı, təsir edici və dözülməz bir azadlıq aroması ilə təşkil edir.
 
7 – Bvlgari Omnia crystalline 
Qız, Oğlaq, Dolça və Balıq bürclərinin uğurlu daşları arasında iştirak edən Ametistin ətirə çevrilmiş halı olan bu qoxu,xüsusilə rəqiblərinizin və ya düşmənlərinizin olduğu mühitlərə girərkən, sizi bir silah kimi qucaqlayaraq cəsarətinizin dəyişməz gücünü işarələyir.
8 – Estee Lauder Pleasures Intense
Üst notlarda: canlılıq dolu olan yaşıl zanbaq və cazibədar pion. Orta notlarda: morokko gülü, zanbaq və jasmin. Alt notlarda isə, vanil toxunuşu, ağcaqayın və aselbent kristalları istifadə edilir.
9 – Chopard Wish 
Özünü sevən, bəyənən və qiymətli görən qadınların seçimi olan bu ətir, yaradıcı, ehtiraslı və həssas qadınlar tərəfindən bəyənilir. Eynilə parlamaq istəyən və girdikləri hər mühitdə diqqət çəkə biləcək qadınların qoxusu olaraq təsdiq edilir.
10 – Thierry Mugler Angel 
Ulduz şəklindəki dizayn şüşəsi ilə bütün duyğularınızı hərəkətə keçirir. Üst notlarda,  qovun, kokos, portağal, jasmin, pambıq şəkər: orta notlarda bal, ərik, moruq, şaftalı qırmızı meşə meyvələri, alt notlarda tonka paxlası, kəhrəba, vanil, qara şokolad və karamel var.
11 – Viktor & Rolf Flowerbomb 
Viktor & Rof tərəfindən indiyə qədər yaradılmış ilk ətir olan Flowerbomb, uzun müddət qalıcı bir düstura sahibdir. Jasmin, gül, freziya və orxideya notlarının qarışıliğı ilə birləşərək şahanə ətir vermənizi təmin edir.
12 – Dolce Gabbana Pour Femme 
 Moruq, şirin portağal, şirniyyat və “Marshmallow” aromalarından ibarət ehtirasverici ətirdir.
13 – Britney Spears Midnight Fantasy 
Xəyallarınızı gerçəyə çevirəcək fantaziyaların coşğusunu yaşayarkən sizə yoldaşlıq edəcək qədər güclü və başdan çıxarıcı bir qoxu axtarırsınızsa, Britney Spears  :love: Midnight Fantasy ən yaxşı seçimlərdən biri olacaq.
 
14 – Lancome La Vie Est Belle 
Ən yeni qoxular arasında iştirak edən Lancome La Vie Est Belle, təbii və sadə gözəlliyi vurğulayır. Görüntüsünü azadlıq və xoşbəxtliklə meydana gətirən qadınların həyata baxışını əks etdirən ətir,kiçik sevincləri işarələyir.
15 – Prada Candy 
Qadınların bu qoxudan xoşlanmaması qeyri-mümkündür. Ətirdə 12 % nisbətində olan “Laosun” da asılılıq yaradan təsiriylə başdan çıxarıcı eşq qoxu bütün duyğularınızı ələ keçirir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Bu həftənin gözəllik baxımı mövzusu: Üz üçün cavanlaşdırıcı MASKALAR!

Buxağı yox etməyin asan yolu!