in ,

İrina Şeykin GÖZƏLLİK SİRRLƏRİ

İrinan öz karyerasına  10 il öncə Çelyabinskdə başlamışdır: effektli görünüşə malik yüksk statuslu modelin firuzəyi gözləri yerli gözəllik müsabiqəsinin juri heyətinin ürəklərini ələ aldı. 18 yaşlı qızı Avropaya, daha sonra isə ABŞ-a işləməyə dəvət etdilər.

İrina çox böyük zövqlə öz gözəllik sirrləri ilə paylaşır.


Üz

Bütün qərb məşhurları kimi, İrina da üz baxımı vasitələri arasından ən çox natural kokos yağına üstünlük verir. O üz dərisinə təbiyi parıltı verir və onu yumşaldaraq infeksiyalardan qoruyur. Bundan əlavə model hər səhər soyuq su ilə yuyunaraq üzünü buz parçası ilə silir və xiyar maskalarını sınaqdan keçirir: “Mən bu üsulu anamdan öyrənmişəm: onun bahalı kremlər almağa pulu olmurdu, buna görə də əl altında olan vasitələrlə kifayətlənirdi.”

Bədən


Təbiətən gələn incəliyə baxmayaraq, model biznesi şərtləri əsasında İrinanın qidalanmasına nəzarət etməsi və sporta aktiv məşğul olması vacibdir. Hər səhərini model qaçışla açır, həftənin 3-4 gününü isə boks və pilateslə məşğul olur. Pəhrizə gəldikdə isə, Şeyk etiraf edir ki, yeməkdə məhdudiyyətlərə nifrət edir: “Pəhrizə inanmıram, və demək olarki hər birşey yeyirəm, əlbəttəki, özümü zərərli qidalardan uzaq tutaraq. Məsələn, kofeni cəfəri və kərəvizdən ibarət yaşıl şirələrlə əvəz edirəm.”.

Makiyaj


Son zamanlar İrina makiyajda təbii obrazlara üstünlük verir: nəzərəçarpan qaşlar, bronzer və dolğun dəri tonlarında dodaq parladıcıları. Nadir hallarda isə Şeyk gözlərini “smoky eyes” və qəhvəyi qammalarla vurğulayar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Merlin Manronun makiyaj sirləri -AÇIQLANDI!

Filmlərdə başlayan sevgilər