in ,

Sevgilisiz Valentin günü !- 10 ƏLA VARİANT

Sevgililər Gününə bir gün qalıb və sizin sevgiliniz yoxdur?Heç kefinizi pozmayın! Çünki biz sizə 14 fevralı necə əyləncəli keçirtməyiniz üçün ipucları veririk.

1. Plan qurun – Evdə oturmağı unudun. Romantik, ağlamalı filmi başqa günlərdə izləyə bilərsiniz. Əgər o film romantik melodramdırsa xüsusilə, 14 fevral üçün düzgün seçim deyil. Divanda oturmağın vaxtı deyil, qalxın! Rəfiqələrinizə sms atın, axşam üçün plan qurun.

2. Ən yaxşı dostunuzla görüş təşkil edin – Əgər yalnızlığınız bugün sizə pis təsir edəcəksə onu ən yaxınlarınızla boğmağa çalışın. Ən yaxın dostunuzla görüşün, filmə gedin, böyük bir qab qarğıdalı partladılmışı yeyin, daha sonra isə gözəl axşam yeməyi ilə özünüzə ziyafət verin.

3. Zövqlə rahatlanın – Mənasız qürurunuzu gizlətməyə çalışmayın. Reallıqla barışın ki, Müqəddəs Valentin günündə sizin sevgiliniz yoxdur və siz özünüz özünüzə Valentin olmalısınız. Azadlığınızın dadını çıxardın. Dostlarınız, rəfiqələrinizlə şərab içməyi, parkda gəzməyi, restorana getməyi qoyun bir kənara. Kosmetikanızı təmizləyin, rahatlaşdırıcı vanna hazırlayın, evdə spa edərək ruhunuz zövqlə rahatladın.

4. 14 Fevralı özünüz üçün sevimli edin – Şopinqə, spaya gedin, manikür, pedikür, massaj elətdirin, sevimli kafenizdə yemək yeyin. Gücünüzü bərpa edin və özünüzü sevin.

5. Ailənizlə vaxt keçirdin – Sevgililər günündə təksinizsə ailənizin yanında olmaq ən yaxşı seçimdir. Ailənizlə nahar edin, söhbətləşin. Sevdiklərinizlə vaxt keçirtmək yalnızlığınızı hiss etdirməyəcək.

6. Öz işinizlə məşğul olun – Bütün qayğıları qara siyahıya atın. Sevimli işinizlə məşğul olun. Daha sonra mənzili təmizləyin, yemək bişirin. Özünüzə romantik yemək hazırlayın.

7. Ən yaxşı olun – Sevgisiz yaşamaq mümkün deyil, biz də bununla razıyıq. Amma bu o demək deyil ki, gününüzü bərbad edəsiniz. Özünüzü həm ruhən, həm də fiziki cəhətdən sevgilə təmin edin.

8. Telefonunuzu söndürün – Bu sizi digərlərinin sosial şəbəkələrdəki sevgililəri ilə olan fotolarını, sevgi statuslarını və ya ürəkli-böcəkli paylaşımları görməkdən xilas edəcək. Əvəzində başınız sakit kitab oxuyun, musiqi dinləyin, parka gəzməyə gedin.

9. Özünüzü gül dəstəsi ilə mükafatlandırın – Niyə də yox? Sevgiliniz yoxdursa özünüz özünüzə gül alın.

10. Digər yalnızlar üçün gözəl nəsə edin – Məsələn, digər yalnız rəfiqənizə çiçək ala bilərsiniz, gözəl bir açıqca yaza, konfet qutusu hədiyyə edə bilərsiniz. Bu sizə özünüzü yaxşı hiss elətdirməyə kömək edəcək.

Mənbə : foxy.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Hörüklərin sehri !

Aranızda bunlar baş verirsə demək ki……