in ,

Qəhvə skrabı

Çoxlu pul xərcləmədən, mətbəxinizdəki ərzaqlardan istifadə edərək hamar üz dərisinə sahib olmaq istəyirsiniz? Əgər cavabınız “hə”dirsə o zaman xəbərin davamını oxuyun.

Ehtiyacınız olan ərzaqlar:

1 yemək qaşığı qəhvə qalığı

1 yemək qaşığı yulaf

1 yemək qaşığı bal

1 və ya 2 çimdik darçın

Antioksidantlarla zəngin qəhvə, ölü dərilərdən təmizləyən yulaf, sivilcələrlə mübarizə aparan bal və üz dərisini təravətləndirən darçın bir araya gələn maskanın nəticəsini siz özünüz düşünün. Bu qarışığı krem halına gətirin. Gözətrafını saxlamaq şərtilə üzünüzə sürtün. 20 dəqiqə gözlədikdən sonra üzünüzü yuyun. Əgər bədəniniz üçün istifadə eləmək istəyirsinizsə tərkibindəki ərzaqları 2 qat çox istifadə edin.

Ancaq bu maska hər kəs üçün deyil, xüsusilə də həssas dəriyə sahib olanlara. Sizə uyğun olub-olmadığını yoxlamaq üçün qarışıqdan bir az dərinizə sürtərək yoxlaya bilərsiniz. Dəriniz çox həssasdırsa darçını maskanın içinə qatmaya bilərsiniz. Təsiri isə eyni olacaq.

Mənbə : foxy.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Xanımları utandıran 3 sual ( 18+)

İlk görüşə necə geyinməliyik?