in ,

Hörüklərin sehri !

Bəzi mənbələrdə hörüklərin hətta geyimdən əvvəl yarandığı iddia olunur.
Hindistanda uzun saçların gözəllik əlaməti olması barədə yəqin ki, eşitmisiniz. Saçlarla bağlı hind xalqının özünəməxsus inancları da var. Məsələn, Hindistanda qızlar yetkinlik yaşına çatanda saçlarını hörərdilər. Kimin hörüyü daha qalın olurdusa, onun ərə getmək şansı daha çox olurdu.
Ümumiyyətlə, hörüklər müxtəlif xalqların mədəniyyətində yer alıb. Amma mürəkkəb quruluşlu hörükləri daha çox qədim yunanların heykəllərində müşahidə etmək olar. Ona görə də, hörüklü saçların vətəni Yunanıstan sayılır.
Qədimi Rusiyada saçı hörərək pis ruhlardan azad olurlarmış. Saçda hörük hörmək bir ritual idi. Hörərək sehirli sözləri deyərək saçın ucunu bərk düyünləyərdilər. Hesab edilirdiki, bu ritualın köməyi ilə pis ruhlardan, pis gözdən azad olmaq olar. Həmçinin cavan yeniyetmə qızlar, tezlikə öz məhəbbətlərini tapmaq ümüdi ilə, müxtəlif mürəkkəb hörüklər hörərək öz ağ atlı şəhzadələrini gözləyərdilər.
Yeri gəlmişkən qeyd edək ki, bir çox ölkələrdə hörüklər toy mərasimilərinin ənənəvi saç düzümü hesab olunub. Sonralar dinin təsiri altında qızlar başını yaylıqla bağladığından bu ənənə öz əhəmiyyətini itirib. Buna baxmayaraq, hörüklərə münasibət dəyişməyib.
Hazırda hörüklər ən dəbli saç düzümü hesab olunur. Bu saç düzümünün sevilməsi həm rahat və praktik olması, həm də romantik təsir bağışlaması ilə əlaqədar ola bilər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Uşaqlara deməli olduğumuz 20 ifadə

Sevgilisiz Valentin günü !- 10 ƏLA VARİANT