in ,

HOLLİVUD FİLMLƏRİNİ AZƏRBAYCANLILAR ÇƏKSƏYDİ…

Təsəvvür edin alternativ bir dünyada yaşayırsınız. Hollivud yerinə Azərbaycan kinematoqrafiyası öz qızıl dövrünü yaşayır. Hamının çox sevdiyi filmlərdə milli aktyorlarımız və məşhurlarımız oynayır.
Sizə Hollivud filmlərini azərbaycanlılar çəksəydi oynaya biləcək sənətçilərimizin siyahısını hazırladıq:

Ağlımıza ilk olaraq “Pianoçu” filmi gəlir. Vladivaslav Spilmen obrazını oynayan Edrien Brodini yalnız əməkdar artist Rasim Cəfər əvəz edə bilərdi.
“Malena” filmində Malena Skordiya obrazını məharətlə canlandıran Monika Belluçidən sonra bu obrazı yalnız Pərvin Abıyevaya həvalə etmək olardı. 
Çoxseriyalı “Betmen” filmində oynayacaq bir çox aktyor olsa da, bu obraza ən uyğun gələn “Pərdə” filmi ilə son zamanlar diqqətləri üzərinə çəkən aktyor Tural Əhməd oldu. 
“Dəmir adam” digər adıyla “Iron man” filminə uyğun gələn qəhrəman isə aktyor Türkay Cəfərlidir.
Yaddaşlardan çıxmayacaq olan 1999-cu ildə istehsal olunan və bu günədək sevilən “Yaşıl yol” filmindəki aktyoru, yerli şou nümayəndələrindən yalnız Arzu Rzayevlə əvəz etmək olar.
1994-cü il istehsalı Əsarətin bədəli (The Shawshank Redemption) filmində Morqan Frimanı yəqin ki, ancaq Aşıq Ədalət əvəz edə bilərdi.
“Karib dənizinin quldurları” deyəndə ilk olaraq Conni Depp yada düşür. Azərbaycanın Conni Deppi isə gənc ifaçı Mərdan Kazımovdur. Düşünürük, ifaçı obrazının öhdəsindən məharətlə gələrdi. 
Oynadığı seriallarla tanınan Nataliya Oreyro 2003-cü ildə “Kleopatra” filmində rol alıb. Filmin Azərbaycan versiyasında əməkdar artist Məsmə Aslanqızının oynaması tam yerinə düşərdi. 
Layihənin son filmi  “Fantomas” oldu. Baş rolunda Lui de Fensin çəkildiyi məşhur ekran əsərində əməkdar artist Vahid Əliyevin oynaması daha düzgün olardı.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Qadını xoşbəxt etməyin Sirrləri….

Məşhur müğənnilərin makiyajlı və makiyajsız FOTOLARI