in ,

Əllərdə çatın əmələ gəlmə səbəbləri

Əl dərsinin quruluğunun və çatların əmələ gəlməsi səbəbləri:
– Avitaminoz. A və E vitaminlərinin defisiti dərinin sağlamlığına çox mənfi təsir edir. Qidalanmanızda daim təzə göyərti, qoz-fındıq, bitki yağları, mövsümi meyvə və tərəvəzlər (xüsusilə balqabaq, portağal, xurma) olmalıdır.
– Soyuq hava, külək. Bu ən yayılmış səbəbdir. Evdən çıxanda mütləq əlçək taxın.
– Məişət kimyası. Yuyucu tozlar, qabyuyan vasitələr və s. dərini qurudur, allergiyaya səbəb olur. Bu səbəbdən soda, sirkə kimi təbii vasitələrdən istifadə edin, ev işləri gördükdə rezin əlcək taxın.
– Göbələk xəstəliyi də dəridə çatların səbəbi ola bilər. Dermatoloqun müayinəsindən keçin.
– Psoriaz və neyrodermit kimi dəri xəstəlikləri dərinin quruluğuna, çatların əmələ gəlməsinə səbəb ola bilər.
– Hormonal pozulmalar.
Xalq təbabəti əllərdə çatların müalicəsi üçün çoxlu sayda effektli vasitələr təqdim edir:
– Yulaf yarması (“gerkules”) maskası
Gerkulesi bişirin, 1 x.q. bitki yağı əlavə edin, soyudun. Əllərinizi ilıq sıyıqda 10-15 dəqiqə saxlayın, sonra nəm dəsmalla silin, yağlı əl kremi çəkin. Bu maskanı axşam yatmazdan əvvəl edin.

– Nişasta maskası
Bu maskanı hər gün çatlar sağalana qədər edin. Maskanı hazırlamaq üçün 1 ç.q. kartof nişastası 1 stəkan isti suda həll edilir, soyudulur. Axşam yatmazdan əvvəl əllərinizi nişastalı suda 10-15 dəqiqə saxlayın, sonra salfetlə yüngül qorulayın, yağlı əl kremi çəkin.
– Bitki yağı + bal
1 x.q. bitki yağı 1 ç.q. duru balla qarışdırırlır, əllərə çəkilir. Əllərinizi sellofan, sonra dəsmalla sarıyın, 30 dəqiqədən sonra əllərinizi ilıq su ilə yuyun, yağlı krem çəkin.

– Vitaminli maska

1 x.q. bitki yağına 2 kapsul aevit əlavə edin. Aevit apteklərdə satılır. İstifadə etdikdən əvvəl kapsulları deşin və yağa sıxın. Maskanı əllərinizə çəkin, 20 dəqiqə saxlayın, sonra əllərinizi salfetlə yüngül silin.

Mənbə : qadinlar.biz

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Qoltuqaltını ağardan 4 asan üsul

Qızdırma salmağın 6 təbii vasitəsi!