in ,

Yayla şorbasının hazırlanma qaydası!

Yayla şorbası (Türkcə – yayla çorbası) Türkiyə mətbəxinin ən məşhur şorbalarındandır. Şorba qatıqdan hazırlanır və bir qədər Azərbaycanın dovğasını xatırladır. Lakin yayla şorbasında dovğada olduğu kimi təzə göyərtidən deyil, quru nanədən istifadə edilir. Nəticədə  maraqlı bir dad əmələ gəlir.
Tərkibi: 
3-stəkan qatıq
 4-stəkan su
1-ədəd yumurta
3-xörək qaşığı un
3-xörək qaşığı yumru düyü
3- xörək qaşığı kərə yağı
2 çay qaşığı narın quru nanə (süzgəcdən sürtərək keçirin ki, narin olsun)
Bir  çimdik qırmızı şirin toz bibər
Zövqünüzə  görə duz
Hazırlanma qaydası:
Bir qazanda qatıq, su, yumurta, un və düyünü yaxşıca qarışdırın. Az xoda ocaqda taxta qaşıqla dəyanmadan qarışdıraraq qaynayanadək bişirin. Qaynayandan sonra tez-tez qarışdıra-qarışdıra düyü bişənədək bişirməyə davam edin. Düyü bişəndə şorbanı kənara çəkin. Balaca tavada yağı qızdırın. Cızıldamağa baslayan kimi, kənara çəkib quru nanə və pul bibəri (zəruri deyil) əlavə edib yarım dəqiqə qarışdırın. Alınan qarışığı şorbaya əlavə edib, qarışdırın. Zövqə görə duz vurun. Süfrəyə çörəklə  təqdim edin.
Qeyd: – Bu şorbaya bişmiş noxud da əlavə etmək  olar. Ya suda islağa qoyulub sonra bişirilmiş noxud, ya da konservi noxudan istifadə edə bilərsiniz. Bunları  şorba bişəndən sonra ona əlavə ediin.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Qızardılmış alma şirniyyatı

Tez hamilə qalmaqla bağlı maraqlı inanclar