1 stəkan yaşıl mərci
½ stəkanı noxud
Təzə və ya qurudulmuş pomidor

1 ədəd balaca soğan
1 çay qaşığı zeytun yağı
Quru nanə, kəklik
Limon və nar suyu
(istəyə görə nar dənələrini də əlavə edə bilərsiniz)
Hazırlanması:
Yaşıl mərci və noxud qaynadılıb, soyudulur, suyu süzülür. Üzərinə istədiyiniz qədər təzə pomidor və soğan incə-incə doğranılaraq əlavə edilir.
Son da olaraq zeytunyağı, limon və nar suyu (nar dənələri), kəklik və nanə bir kiçik qabda qarışdırılaraq salata əlavə olunub süfrəyə verilir.

Comments
0 comments