in ,

Kəsmikli bişmə

Bu asan desserti siz dəyişikliklər edib evdəki balacalar üçün və ya dietada olan xanımlar üçün şəkəri azaldıb adicə şirin xurma əlavə edərək müxtəlif növ alternativləri sınaya bilərsiniz.

Mən reseptdən əlavə olaraq etdiyim alternativ dəyişiklikləri də təqdim edəcəyəm.

Beləliklə bu dadlı kəsmik dolu ləzzət üçün sizə lazım olacaq:

  • Kəsmik (mən dietik kəsmik götürdüm ki, bu zaman şəkərin miqdarını asanlıqla özüm nizamlaya bilim) – hardasa 300 qramlik paket də ola bilər amma mən hardasa 400 qram götürdüm, çünki evdə əlavə kəsmik qalmışdı və mən hamısını istifadə etdim, çox ləzzətli alındı.
  • 2 yumurta
  • Zövqə uyğun şəkər tozu (men ilk defe 3 xörək qaşığı əlavə etdim (tepeciksiz olaraq), amma sonradan 2 xörək qaşığı əlavə etdim və yenə də ləzzətli alındı )
  • Xama (əgər evdə xama yoxdusa qatıq da istifadə etmək olar) -2-3 xörək qaşığı
  • Manna – hardasa yarım stəkan
  • Hər hansı quru meyvələr assortisi (mən ¾ stəkan kişmiş əlavə etdim)
  • Şəkərli vanilin bir paket

Hazırlanma qaydası:

Öncə sobanı 180 dərəcədə qızmağa qoyun. Sonra isə kəsmikli qarışımı hazırlayaq.

  1. Öncə kəsmiklə xamanı (və ya qatığı) krem halına düşənə qədər qarışdırırıq.
  2. Üzərinə şəkər tozu, mannanı və quru meyvələri əlavə edib qarışdırırıq.
  3. Qıraqda yumurtaların sarısını ağından ayırırıq.
  4. Sarını kəsmiklə qarışıma əlavə edib yaxşıca qarışdırırıq.
  5. Ağlara isə bir çimdik duz və çox az miqdar şəkər tozu (yarım xörək qaşığı) əlavə edib ağ, köpüklü, tərpənməyən bizeyə oxşar maddə halına gələnə qədər mikserlə yüksək sürətdə çırpırıq.
  6. Sonra ağ köpüyümüzü yavaş-yavaş kəsmikli qarışımımıza əlavə edib taxta qaşıqla sanki qatlaya-qatlaya qarışdırırıq ki, bişməmiz yüngül olsun.
  7. Hazır qarışımı hər hansı yağlanmış formaya töküb sobada 25-30 deq ərzində bişirin.

Bu reseptin gözəlliyi ondadır ki, hətta müəyyən miqdar dəyişilmiş məhsullarla çox gözəl nəticə əldə etmək olur. Nuş olsun.

Reseptlərimi bişirən hər xanım instagramda və ya facebookda #nikaninreseptleri tagini yerləşdirsin ki, mən də görüm, sevinim. 🙂

Həmişə ləzzətli süfrələrdə.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Heyva deserti!-RESEPT

Qızardılmış alma şirniyyatı