in ,

Heyva deserti!-RESEPT

Heyva şirniyyatı ləzzətli olduğu qədər də praktik və asan hazırlanır.

Lazım olan ərzaqlar:

– 4 heyva

– 3 su stəkanı şəkər tozu

– 1 stəkan yarım su

– Qoz və ya qaymaq

 

Hazırlanma qaydası:

Heyvaları yuyub soyduqdan sonra iki hissəyə bölün. Toxumlu hissələrini yaxşıca kəsin və qazana düzün. Üzərinə qabıqların bir qismini əlavə edib 5 dəqiqə qaynadın. Qaynamağa başladıqdan sonra şəkər tozunu tökün, vam odda 2 saat bişirin. Bişdikdən sonra heyvaları servis qabına qoyun, qazanda qalan şərbəti isə heyvaların üstünə gəzdirin.İlindikdən sonra üstünə qoz və ya qaymaq qoyub yeyə bilərsiniz.

Nuş olsun!

Mənbə : lent.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Asan hazırlanan ətirli mandarin piroqu

Kəsmikli bişmə