in ,

Kıvanç və Beren yenidən eyni serialda – Fotolar

Xəbər verdiyimiz kimi, Kıvanç Tatlıtuğ yeni serialla tamaşaçı qarşısına çıxmağa hazırlaşır.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun “Çarpışma” adlı ekran işində tərəf müqabilinin aktrisa Elçin Sanqu olacağı bildirilmişdi.

Bu gün isə məlum olub ki, Elçin son dəqiqədə təklifdən imtina edib və seriala çəkilməyə Beren Saat dəvət olunub.

Berenə daha əvvəl də təklif gəlmiş, lakin o, Kıvançın bölüm başına daha çox qonorar alması səbəbi ilə təklifi rədd etmişdi. Belə ki, hər seriya üçün Saata 130 (təxminən 37 min AZN), Tatlıtuğa isə 150 min lirə (təxminən 43 min AZN) veriləcəyi bildirilib. Bundan sonra aktrisa isə razılığa gəlinsə, baş rolda onun oynayacağı vurğulanır.

Qeyd edək ki, Saatla Kıvanç “Aşk-ı Memnu” serialında da birlikdə rol alıb və bu obrazlarından sonra daha çox şöhrət qazanıblar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Qatıq pəhrizi haqqında eşidmişdinizmi?

5 hərəkətlə düzgün formada qalmanın yolları