in ,

Ağızda əriyən Şəkərparə-Resept!

Tərkibi:
Un – 4 st
Yumurta – 2 ədəd
Kərə yağı – 5 x.q.
Şəkər kirşanı – 2 st.
Manna yarması – 4 x.q.
Qabartma tozu – 10 qr.
Vanil – 10 qr.

Şərbət üçün:
Limon suyu – ½ st.
Şəkər tozu – 3 st.
Su – 4 st.

Üstü üçün:
Fındıq ləpəsi – bir ovuc

Hazırlanması:
Otaq istiliyində yumşaldılmış kərə yağının üzərinə sıra ilə şəkər kirşanı, yumurta, manna yarması, qabartma tozu və vanil əlavə edilib krem şəklini alana qədər mikserlə qarışdırılır. Qarışığın üzərinə un əlavə edilir və yenidən mikserlə çalınıb yumşaq xəmir yoğrulur. Xəmirdən parçalar qoparılır və ovuc içində yumrulanıb üzərinə qabığı təmizlənmiş fındıq ləpəsi yerləşdirilir. Əvvəlcədən 160 dərəcəyədək qızdırılmış sobada 30 dəqiqə bişirilir.
Şərbətin hazırlanması:
Şəkər tozu, su və limon suyu qaynadılır. Şərbət soyumuş şəkərparənin üzərinə gəzdirilir.
Nuş olsun!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Əgər dəriniz yağlıdırsa, tonal kremini necə tətbiq edək?- MƏSLƏHƏTLƏR

Təbii məhsullardan tonal krem- HAZIRLANMASI ÇOX ASAN!